Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qəbələdə bölgə vətəndaşlarını qəbul edib.

27 sentyabr 2014 | 03:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
Sentyabrın 26-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qəbələ Rayon Mədəniyyət Mərkəzində Oğuz, Qəbələ, Ağdaş və İsmayıllı rayon sakinlərini, eləcə də bu rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edərək onların arzu, təklif və şikayətlərini dinləyib. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, artezian quyusunun qazılması, yaşayış məntəqəsinin qazlaşdırılması, sosial və digər məsələlərlə bağlı olub. Nazir qəbula gələn hər bir vətəndaşı fərdi olaraq dinləyib, qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar verib. Bəzi məsələlər araşdırılması məqsədilə nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbulda olan sahibkarlarla müzakirələr aparılıb, onların iri fermer təsərrüfatının yaradılması, süd emalı sexinin təşkili, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, ayaqqabı istehsalı, taxılçılığın inkişaf etdirilməsi  və digər sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər