Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Turizmin inkişafı diqqət mərkəzindədir.

08 yanvar 2013 | 16:00

Tarixi keçmişinə və təbii şəraitinə görə turizm üçün əlverişli zonalardan olan Qəbələdə son illər bu istiqamətdə infrastrukturun daha da möhkəmləndirilməsi, 20-dək müasir istirahət mərkəzinin və otellərin tikilməsi nəticəsində bu rayona gələn turistlərin sayı ildən-ilə artmaqdadır.
2012-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 45 min 500 nəfər olmuşdur. Bu da ötən il rayona gələn turistlərin sayından 9650 nəfər artıqdır. Turistlərdən 31 min 350-i yerli, 14150 nəfəri isə xarici vətəndaşdır. Qonaqların 38 min 500-ü müxtəlif turizm obyektlərində istirahət etmiş, 5400-ü işgüzar səfərdə olmuş, 1600-ü isə sanatoriyada müalicə almışdır.
Ötən il Qəbələ 30-a yaxın yerli və beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirə ev sahibliyi etmişdir ki, bu da rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artmasına səbəb olmuşdur. Məlumata görə, 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə isə ondan iki dəfə çox, yəni, 29 min 855, 2010-cu ildə 30 min 450, 2011-ci ildə 35 min 850 turist gəlmişdir.
Ötən il rayonda beşulduzlu “Qafqaz sport” oteli istifadəyə verilmiş, bu il isə “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinin, stend və ox atıcılığı kompleksinin, “Yengicə” İstisu Sağlamlıq Mərkəzinin ikinci korpusunun inşası uğurla davam etdirilmişdir. Qəbələdə müasir standartlara cavab verən turizm obyektlərinin sayı ötən 6 ildə 5 dəfə artaraq 18-ə çatmışdır. Həmin turizm mərkəzlərində yüksək səviyyədə restoran və otel xidmətlərinin, eləcə də meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, görməli yerlərə və tarixi abidələrə səyahət və digər xidmətlərin göstərilməsi üçün imkan yaradılmışdır.
 

Keçidlər