Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ölkə başçısı cənab İlham Əliyevin Qəbələ rayonuna rəsmi səfərinin nəticələri və qarşıda duran vəzifələr RİH-də müzakirə olunmuşdur.

30 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ilin sentyabr ayının 22-də Qəbələ rayonuna rəsmi səfərinin nəticələri və qarşıda duran vəzifələr ictimaiyyət nümayəndələrinin iştirakı ilə RİH-də keçirilən yığıncaqda müzakirə olunmuşdur.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev yığıncaq iştirakçılarına məsələ ilə əlaqədar geniş məruzə etmişdir.
Natiq təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların cənab  İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyinə diqqət çəkərək xaqımızın rifahının yaxşılaşdırılması, onların hüquq və azadlıqlarının qorunması, dövlətçiliyimizin  beynəlxalq arenada möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi, vətəndaşlarımızın  həyat şəraitinin gündən-günə modernləşdirilməsi istiqamətində görülən işlərdən  və bu sahədə əldə olunan nailiyyətlərdən ətraflı danışmışdır.
Rayon icra hakimiyyətinin başçısı möhtərəm Prezidentin bu diyara olan diqqət və qayğısından söz açaraq respublikamıza rəhbərlik etdiyi dövr ərzində Qəbələyə 12 dəfə rəsmi səfərə gəldiyini və bu səfərlərin hər birinin qəbələlilər tərəfindən bayrama çevrildiyini qeyd etmişdir.
Cənab İlham Əliyevin göstərişi və qayğısı nəticəsində rayonda yeni istehsal sahələrinin, idman-sağlamlıq komplekslərinin, nəhəng turizm infrastrukturunun, sosial  obyektlərin, məktəblərin, səhiyyə, mədəniyyət ocqlarının, uşaq bağçalarının, yeni yolların, körpülərin, beynəlxalq aeroportun, qida şəhərciyinin, inşaat materialları zavodlarının, dövlət əhəmiyyətli inzibati binaların, hərbi hissələrin tikildiyini və digər abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, eləcə də sentyabrın 22-də Qəbələyə  səfəri zamanı Qafqaz Yengicə Thermal Hotel və SPA kompleksinin, Gilan – qida şəhərciyinin, daxili qoşunların “N” saylı hərbi hissəsinin, Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun və Qəbələ Arxeoloji Mərkəzinin açılış mərasimlərini etdiyini demişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə  dünya şöhrətli musiqiçilərin və fırça ustalarının cəlb olunduğu musiqi festivallarının və rəsm sərgilərinin Qəbələnin beynəıxalq aləmdə sürətlə tanınmasına müstəsna xidmətləri olmuşdur.
Səfər zamanı  dövlət başçısı tərəfindən görüləcək işlərin qiymətləndirilməsi ilə bərabər qarşıya böyük vəzifələrin qoyulduğu, yenidən qurulan  Qəbələdə hələ neçə-neçə iri həcmli layihələrin həyata keçiriləcəyini  cənab Səbuhi Abdullayev  yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra “Qəbələ” qəzetinin əməkdaşı Qüdrət Səmədov, şəhər 2 saylı tam orta məktəbin direktoru Təranə Səlimova, Turizm və Otelçilik Üzrə Peşə Tədrisi Mərkəzinin direktoru Eyvaz Kazımov çıxış edərək ölkə başçısının Qəbələ rayonuna göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər