Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“1 oktyabr – Beynəlxalq Ahıllar Günü” münasibətilə tədbir keçirilmişdir.

02 oktyabr 2014 | 03:00

Qəbələ rayonunda “Beynəlxalq Ahıllar Günü” qeyd olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.
Sonra tədbir “Qəbələ” otelində bayram süfrəsi arxasında davam etdirilmişdir. Rayon ağsaqqallar şurasının sədri Nazim Mustafayev tədbiri açaraq 1992-ci ildə BMT-nin baş məclisi tərəfindən ahılların müdafiəsi məqsədilə qəbul edilmiş qətnaməyə əsasən hər il oktyabrın 1-i tarixinin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunduğunu bildirmiş və bu bayram münasibətilə rayonun bütün ağsaqqallarını, ahıllarını təbrik etmişdir.
Məsələyə Respublikamızda da ciddi diqqət yetirildiyini vurğulayan natiq 2001-ci il iyun ayının 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunduğunu, 70 yaşına çatmış vətəndaşların ahıl sayıldığını qeyd etmişdir.
Nazim Mustafayev ölkəmizdə ahıl vətəndaşların sosial problemlərinin öyrənilməsi, onların ehtiyaclarının əlaqədar təşkilatlarla birlikdə həll edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi məqsədi ilə  1993-cü ildən etibarən bu bayramın hər il respublikamızda da qeyd olunduğunu diqqətə çatdırmışdır,
Daha sonra çıxış edənlər ahıllara göstərilən dövlət qayğısından danışmış, ağsaqqalların bu gün cəmiyyətimizdəki mövqeyindən söz açmış, gənc nəslin onlara daha çox ehtiyacın olduğunu bildirmişlər. Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov ağsaqqalları bayram münasibəti ilə təbrik etmiş, onlara  uzun ömür, can sağlığı arzulamışdır.

Keçidlər