Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Beynəlxalq Gənclər Forumu keçirilir.

02 oktyabr 2014 | 15:00

Oktyabrin 2-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində “Nifrət  Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu öz işinə başlamışdır.
Oktyabrın 5-dək davam edəcək Forum Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Gənclər və İdman, Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Avropa Şurasının (AŞ), AŞ-nin Demokratik Vətəndaşlıq və İştirak Direktorluğu Gənclər Departamentinin birgə təşkilatçılığı ilə keçirilir.
Avropanın 50 ölkəsindən 250-dən artıq nümayəndənin iştirak etdiyi Forumun məqsədi “Nifrət Nitqinə Yox Hərəkatı” çərçivəsində milli və Avropa səviyyəsində fəal gənc insanları və digər iştirakçıları bir yerə toplayaraq, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhfə verməkdir. Forumda nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək.
Qeyd edək ki, “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır.
Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. ARGTMŞ “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunların sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “No Hate Speech Movement”  “Nifrət Nitqinə Yox Hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir.
Bundan əlavə, kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanmış və Avropa Şurasına təqdim edilmişdir.
Forumda iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tədbir iştirakçılarını salamlamış, onlara rayonun tarixi və iqtisadiyyatı haqqında ətraflı məlumat vermişdir. Cənab Səbuhi Abdullayev çıxışında bu gün Qəbələdə aparılan nəhəng abadlıq-quruculuq işlərindən, rayonun sürətli inkişafından, həyata keçirilən yeni infrastruktur layihələrindən geniş söhbət açmış, bu füsünkar diyarda dünya siyasətçilərinin,   dövlət başçılarının iştirakı ilə keçirilən forumların, görüşlərin, eləcə də musiqi festivallarının, təsviri sənət sərgilərinin, idman yarışlarının, turların və digər qlobal tədbirlərin dünya miqyasnda regionumuza marağın artmasına stimul verdiyini və nəticədə bölgənin unikal turizm mərkəzi kimi tanındığını qeyd etmişdir.
Rayon icra hakimiyyətinin başçısı “Nifrət Nitqinə Yox Hərəkatı” çərçivəsində belə bir beynəlxalq forumun Qəbələdə keçirilməsinin ölkəmizin beynəlxalq aləmdə imicinə müsbət təsir göstərəcəyini və Azərbaycanın Avropa dəyərlərinə sadiqliyinin təsdiqi kimi böyük töhvələr verəcəyini vurğulamış, tədbirin təşkilatçılarını və iştirakçılarını ürəkdən təbrik edərək, forumun işinə uğurlar arzulamışdır
Forumun açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Avropa  Şurasının Azərbaycan üzrə səfiri Droqana Flipoviç,  Avropa Şurasının Gənclərlə İş üzrə Şurasının sədri xanım Aleksandra Knezeviç və Avropa Şurasının Gənclər Departamentinin Təhsil və Təlim Sektorunun sədri Rui Qomeş çıxış etmişdir

Keçidlər