Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçi nümayəndə heyəti ilə birgə tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.
IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçi başçılıq etdiyi nümayəndə heyəti ilə birgə tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.
Qəbələ şəhərində, rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tərəfindən qarşılanan nümayəndə heyətinə rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olaraq Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu gün burada aparılan arxeoloji qazıntılar sirli tariximizin maraqlı səhifələrini açaraq dünyaya nümayiş etdirir.
Qeyd olunmuşdur ki, burada sürətli inkişaf edən turizm infrastrukturu ilə yanaşı mövcud olan istehsal müəssisələri bu füsünkar gözəlliklərə sahib məkanın iqtisadi inkişafının artmasında müstəsna rol oynyaır.
Diqqətə çatdırılmışdır ki, rayonda elmi texniki tərəqqinin son nəaliyyətlərinə cavab verən, müasir tipli müəssisələrin istehsal etdiyi məhsullar dünyanın bir çox ölkələrinə ixrac olunur.
Regionun öz ecaskar gözəlliyi və qonaqpərvərliyi ilə zəngin olduğunu ifadə edən cənab Səbuhi Abdullayev Qəbələnin beynəlxalq tədbirlərə ev savibliyi etdiyini vurğulamışdr.
Ölkəmizin sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduğunu qeyd edən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçi bölgələrin güclənən iqtiisadiyyatı və zəngin mədəniyyəti ilə Avropa iqtisadiyyatı və mədəniyyətinə uğurlu inteqrasiyasına bənzərliyini bildirmişdir.
Daha sonra nümayəndə heyəti rayonun tarixi mədəni abidələri, sənaye müəssisələri və turizm sektoru ilə yaxından tanış olmuşlar.