Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Poçt işçilərinin peşə bayramı qeyd olunmuşdur.

09 oktyabr 2014 | 15:00

9 oktyabr- Ümumdünya Poçt İttifaqının 140 illiyi və Beynəlxalq Poçt Günü münasibəti ilə Qəbələ rayon Poçtamtının işçiləri peşə bayramlarını qeyd etmişlər. Əvvəlcə poçtamtın işçiləri Heydər Əliyev parkına gələrək, ümummilli  liderin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərə öz ehtiramlarını bildirmişlər.
Sonra poçtamtın akt zalında peşə bayramı münasibəti ilə toplantı keçirilmişdir. Toplantıda çıxış edən Qəbələ Rayon Poçtamtının rəisi Rauf Kərimov ölkəmizdə poçt xidmətləri sahəsində aparılmış islahatlardan və bu sahədə qazanılan nəaliyyətlərdən söz açmışdır.
Diqqətə çatdırılmışdır ki, yarandığı vaxtdan ötən 140 il ərzində çox böyük tarixi inkişaf yolu keçmiş Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini üzv-ölkə kimi özündə birləşdirməklə təkcə poçt sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilmişdir.
Qeyd olunmuşdur ki, respublikamız dövlət müstəqilliyini  əldə etdikdən sonra xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə poçt rabitəsi də köklü surətdə dəyişərək yeni inkişaf mərhələsinə inteqrasiya etmişdir.
Bildirilmişdir ki, bunun nəticəsində ölkəmiz poçt rabitəsi sahəsində bir sıra beynəlxalq birlik və təşkilatların tam hüquqlu üzvü olmuş, dünyanın əksər ölkələri ilə birbaşa beynəlxalq poçt əlaqələri yaratmışdır. Səsləndirilmişdir  ki, öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının tövsiyə və standartlarına uyğun quran poçt rabitəmiz davamlı inkişafa nail olmuşdur.
Tədbirdə  Əmirvan kənd poçt şöbəsinin rəisi Əfsər Seyfəddin oğlu Ovçuyev  “Poçt sahəsində uzun müddət  səmərəli fəaliyyətinə” görə “Azərpoçt MMC”-nin Fəxri Fərmanı  ilə təltif olunmuşdur.
Sonda xatirə şəkilləri çəkdirilmişdir.

Keçidlər