Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə qalxanabənzər vəzinin xəstəliklərinə həsr olunan regional elmi-praktik konfrans keçirilmişdir.

13 oktyabr 2014 | 15:00

Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhərində, “Qafqaz Resort” hotelin akt zalında qalxanabənzər vəzinin xəstəliklərinə həsr olunan regional elmi-praktik konfrans keçirilmişdir.
Respublikanını 11 şəhər və rayondan 180 nəfər tibb işçisinin iştirak etdiyi regional konfransda çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu səhiyyə islahatlarından, səhiyyə sisteminin müasirləşdirilməsi və yüksək texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təminatı istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, son illər ərzində Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına uyğun olaraq ölkədə 500-dən artıq yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.
Tədbirdə Respublika Endokrinoloji Mərkəzin direktoru, professor Rauf Cabbarov “Yod çatışmamazlığı və qalxanabənzər vəzinin xəstəlikləri, Milli Onkologiya Mərkəzinin baş-boyun şöbəsinin cərrah onkoloqu, professor Əziz Əliyev “Qalxanabənzər vəzinin xərçəngi: Total tireoidektomiya və limfodisseksiya əməliyyatlarının əhəmiyyəti”, Milli Onkologiya Mərkəzinin radionuklid şöbəsinin həkimi Fuad Əliyev “Qalxanabənzər vəzinin xəstəliklərində radionuklid diaqnostika və terapiyasının əhəmiyyəti”, Milli Onkologiya Mərkəzinin patomarfologiya şöbəsinin həkimləri Şahin Osmanov və Bahadur Abbasov “Qalxanabənzər vəzi biopsiyalarının marfoloji analizi: Sitoloji-Histoloji nümunəılərin tədqiqatında “The Bethesda System” təsnifatı”, Milli Onkologiya Mərkəzinin baş-boyun şöbəsinin müdiri Qazim Quliyev “Qalxanabənzər vəzinin medulyar xərçəngi”, ABŞ-ın Atlanta Univsitetinin professoru Gümrah Əliyev “Karsinoid şişlər və onların metastazları zamanı mitoxondrial DNT-nin yüksək proliferasiyası və bölünməsinin erkən diaqnostik marker kimi əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib.
Qeyd olunub ki, bu xəstəlik bütün dünyada şəkərli diabetdən sonra ən geniş yayılan xəstəliklərdən biridir. Respublikamızda qalxanabənzər vəzin xəstəlikləri əsasən dağlıq ərazilərdə, xüsusən Balakən, Şəki, Zaqatala və digər bölgələrdə daha geniş yayılıb ki, bunun da əsasən yod çatışmazlığı ilə bağlı olduğu bildirilib.
Konfransda digər çıxış edənlər qalxanabənzər vəzin xəstəliklərinin müayinə və müalicəsi, profilaktikası istiqamətində tətbiq edilən müasir metodlardan danışıblar. Konfrans işini müzakirələrlə davam etdirib.
Sonda həkimlərə sertifikatlar təqdim olunub.

Keçidlər