Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Əmək yarmarkası” keçirilmişdir.

22 oktyabr 2014 | 15:00

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının 2014-cü il üçün təsdiq etdiyi “ Ərazi Məşğulluq Proqramı”na , Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə uyğun olaraq   rayon məşğulluq mərkəzinin təşkilatçılığı ilə   22 oktyabr 2014-cü il tarixdə  işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunu təmin etmək məqsədilə aktiv məşğulluq tədbiri olan əmək yarmarkası keçirilmişdir.
Yarmarkanı giriş sözü ilə açan rayon məşğulluq mərkəzinin direktoru Elxan Səlimov ölkə başçısının  həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı inkişafından və bu proseslərə Dövlət Məşğulluq Xidmətinin verdiyi töhfələrdən danışmışdır. Elxan Səlimov  bildirmişdir ki, ölkənin davamlı inkişafının təmin olunması  məqsədilə həyata keçirilən mühüm dövlət proqramları nəticəsində makroiqtisadi göstəricilər ilbəil artır, böyük infrastruktur layihələri icra olunur, respublikanın bütün bölgələrində yeni yaradılan iş yerlərinin sayı durmadan artır. Bütün bunlar təbii ki,  əhalinin məşğulluq imkanlarının artmasına xidmət edir.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Tahir Hacıyev,  Dövlət Məşğulluq Xidmətinin  nümayəndəsi  Siyafər Əhmədov və başqaları çıxış edərək əmək yarmarkasının keçirilməsinin bugünkü əhəmiyyətindən,  Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin işsiz əhalinin  məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrdən danışmışlar.
Yarmarkaya hazırlıq dövründə aparılan genişmiqyaslı təşkilati işlərin, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətlərinin nəticəsində bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işsiz və işaxtaran vətəndaşların fəal iştirakı təmin edilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq rayon ərazisində fəaliyyət göstərən 45 müəssisə və təşkilat 334 boş iş yeri verərək, yarmarkada iştirak etmişdir.  Yarmarkaya  gələn 481 nəfər işaxtaran vətəndaşların  99 nəfərinə münasib işlərə göndəriş verilmişdir.

Keçidlər