Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü”-nə həsr edilmiş ədəbi-bədii kompozisiya.

17 yanvar 2013 | 16:00

“20 yanvar faciəsinin iyirmi üçüncü ildönümü” ilə əlaqədar olaraq Qəbələ rayon Gənclər və İdman İdarəsi müvafiq tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirir. Bu istiqamətdə 16 yanvar 2013-cü il tarixdə FHN-nin N saylı hərbi hissəsində ədəbi-bədii kompozisiya keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları hərbi hissədə yaradılmış “20 yanvar faciəsi” şəhidlərinin xatirəsinə həsr edilmiş guşəyə baxış keçirmişlər.
Azərbaycanın dövlət himni səsləndilildikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra hərbi hissə komandirinin müavini İlham Əliyev tədbiri açıq elan etmiş, hərbi hissənin əsgərləri “20 yanvar faciəsi”nə həsr edilmiş şerlər söyləmişlər. Tədbirdə 150-dək şəxsi heyət iştirak etmişdir. Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov “20 yanvar faciəsi”nin baş vermə səbəbləri haqqında məlumat vermiş, bu faciəni doğuran o vaxtki ictimai-siyasi hadisələr haqqında danışmışdır. F.Soltanov cıxışında həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Ümummilli Lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək öz etirazını bildirməsi və bu faciəyə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hüquqi siyasi qiymət verildiyi haqda məlumat verdi.
Daha sonra Qəbələ şəhər 4 saylı tam orta məktəbin müəllimi Mətanət Abdullayeva çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların tarixə qəhrəmanlıq salnaməsi yazdıqlarını və onların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini bildirdi. Tədbir şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
Tədbirin sonunda “20 yanvar” gecəsi baş verən hadisələri özündə əks etdirən sənədli filmin nümayişi olmuşdur.

 

Keçidlər