Heydər Əliyev Mərkəzində dərslər başlandı.
Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədrisinə başlanılmışdır. “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusuna həsr olunmuş ilk dərsi Qəbələ şəhər 3 saylı tam orta məktəbin müəllimi Məmmədxan Məmmədağayev tədris etmişdir.
Müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə tədrisin aparılmasında məqsəd müstəqil Azərbaycanda dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin geniş miqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında şagirdlərə daha ətraflı və dolğun məlumatların çatdırılmasından ibarətdir. Dərslərə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri cəlb olunmuşdur.
Heydər Əliyev Mərkəzində keçirilən dərslərin ilk məşğələsində Qəbələ Rayon Təhsil Şöbəsinin metodik mərkəzinin müdiri Arifə Bayramova və tarix fənni üzrə metodist Tərbiyə İsayeva iştirak etmişlər.
İlk dərs şagirdlərin yüksək fəallığı şəraitində keçmişdir.