Xarici ölkələrin diplomatik korpuslarının bir qrup nümayəndə heyəti Qəbələ rayonuna səfər etmişlər.
05 noyabr 2014 | 16:00
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında akkreditasiyadan keçmiş ölkələrin səfirləri, onların ailə üzvləri və diplomatik nümayəndəliklərdən ibarət bir qrup tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişlər.
Səfər çərçivəsində qonaqlar rayonun tarixi mədəni abidələri ilə yaxından maraqlanmış, bölgənin turizm sektoruna baxış keçirmişlər.