Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd edilmişdir.

08 noyabr 2014 | 16:00

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 noyabr tarixli 595 nömrəli Sərəncamına əsasən Qəbələ rayonunun idarə, təşkilat,  müəssisələrində, ümumtəhsil məktəblərində, eləcə də məktəbəqədər təhsil
ocaqlarında silsilə tədbirlər keçirilmişdir.Bayram tədbirlərində vətəndaşların dövlət rəmzlərinə, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, uşaqların, yeniyetmə və gənclərin
Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, onların Azərbaycanın dövlət rəmzləri haqqında biliklərinin möhkəmləndirilməsinə yönələn məruzə və çıxışlar dinlənilmişdir.
Noyabrın 8-də isə Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü  münasibəti ilə təntənəli ümumrayon bayram şənliyi keçirilmiş, rayonun incəsənət ustalarının
iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri  qoymuşdur.Sonra bayram şənliyi rayon mədəniyyət mərkəzində davam etdirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin “9 Noyabr-Dövlət Bayrağı Günü” münasibəti ilə rayon ictimaiyyətinə təbrikində bu gün müstəqillik yollarında qətiyyətlə addımlayan Azərbaycanın möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi sayəsində sürətli inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanmış, üçrəngli Bayrağımızın çiçəklənmə dövrünü yaşayan dövlətimizin bütün vətəndaşlarının qürur mənbəyi olduğu qeyd edilmişdir.
Bayram tədbiri tamaşaçılarda xoş təəsürat yaratmışdır.

Keçidlər