Qəbələdə Milli Bayraq Günü və Konstitusiya Gününə həsr edilmiş Peyntbol idman növü üzrə Respublika Çempionatı keçirilmişdir.
8-9 noyabr 2014-cü il tarixlərdə Qəbələ şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Gününə həsr edilmiş Hüquq-mühafizə orqanları, Silahlı Qüvvələr və digər dövlət strukturlarının Peyntbol idman növü üzrə Respublika Çempionatı keçirilmişdir. Çempionat Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və ASAN Xidmətilə qarşılıqlı əməkdaşlıq şəraitində baş tutmuşdur.
Yarışın təşkilatçıları və iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsinin qarşısına gül dəstələri qoyaraq ulu öndərin xatirəsini anmışlar. Təntənəli açılışı mərasimində rəsmi şəxslər iştirak etmişlər. Qəbələ Atıcılıq Mərkəzində və Qəbələ Olimpya İdman Kompleksində keçirilən yarışlar Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə start götürmüşdür.
Çempionatın keçirilməsində məqsəd Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları əməkdaşlarının fiziki hazırlığının artırılmasına dəstək vermək, Azərbaycan Respublikası Prezidentinin tövsiyyələrinə uyğun olaraq idman siyasətinin həyata keçirilməsi, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir.
Komandaların hər biri 6 nəfərdən ibarət olmaqla Silahlı Qüvvələrin şəxsi heyyəti və Hüquq-mühafizə orqanları əməkdaşlarından və o cümlədən çempionatda iştitakda maraqlı olan digər dövlət orqanları əməkdaşlarından
təşkil edilmişdir.
Ümumi komanda hesabında hakimlər kollegiyasının qərarı ilə 1-ci, 2-ci və 3-cü yeri tutmuş komanda üzvləri Gənclər və İdman Nazirliyinin birinci dərəcəli diplomu, kubok, medallar və eləcə də qiymətli hədiyyələrlə təltif edilmişlər.