Ağsaqqallar Dövlət Bayrağı Gününü qeyd etmişlər.
Noyabrın 9-da Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibətilə rayon ağsaqqallar şurası maraqlı tədbir keçirmişdir. Tədbirə toplaşanlar ilk öncə ümumilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsini yad etmişlər.
Daha sonra onlar maşınlara əyləşərək rayonun Yengicə kəndinə getmişlər. Burada tədbir iştirakçıları bu il sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılışı edilmiş və vacib sosial təyinatlı obyekt kimi qiymətləndirilmiş “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksi ilə tanış olmuşlar.
Otel-sağlamlıq obyektinin memarlıq quruluşu, dizaynı buradakı xidmətin növləri və keyfiyyəti ağsaqqalları heyran etmişdir. Ağsaqqallar şurasının Bayraq Gününə həsr olunmuş bayram gəzintisi maraqla keçmiş və Yengicə Termal Hotelin restoranında banketlə yekunlaşmışdır.