Qəbələdə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi ilə yerli qurumlar arasında birgə fəaliyyətinin gücləndirilirməsinə həsr olunmuş seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli qurumlarının və rayon icra hakimiyyətlərinin, eləcə də ərazilərdə fəaliyyət göstərən müvafiq idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Müşavirədə Şimal-Qərb Regional Mərkəzi ilə regionunda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılan qarşılıqlı fəaliyyət planlarının bəndləri üzrə geniş təhlil aparılaraq, yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlər ətraflı müzakirə edilmişdir.
Həmçinin təbii, texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə, yanğınsöndürmə avadanlıqlarından istifadə etmə, yanğın, texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi iştirakçıların nəzərinə çatdırılmışdır. Sonra rayonların idarə və müəssisələrinin rəhbərlərinin, yerli icra və özünüidarəetmə orqanları nümayəndələrinin keçirilən seminar-müşavirə ilə bağlı təklifləri dinlənilmişdir. Çıxışlardan irəli gələn müddəalar təhlil edilərək, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliyinin artırılması üçün tövsiyələr verilmişdir.