Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində “20 yanvar faciəsinin” iyirmi üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

19 yanvar 2013 | 16:00

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində “20 yanvar” hadisələrinə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə mərkəzin bütün mühəndis- pedoqoji kollektivi və şagirdləri şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə mərkəzinin direktoru Eyvaz Kazımov çıxış edərək diqqətə çatdırdı ki , “20 yanvar” Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. Diqqətə çatdırıldı ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli təfəkkürümüzün oyanan günəşinin qırmızı şəfəqini simfolizə edirdi. Xalqımız həmin gecə üstünə şığıyan dəhşətli kabusa, sovet hərbi güclərinin qorxunc qaragüruhuna qarşı sinəsini sipər edərək, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.
Sonra mərkəzin İngilis dili müəlliməsi N.Ağayeva geniş məruzə ilə çıxış etdi. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı barədə danışdı. Qeyd etdi ki, böyük itgilər , günahsız insanların qətli ilə nəticələnən “20 yanvar” faciəsi Mixail Qorbaçov başda olmaqla cinəyatkar imperya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına , müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini , əyilməzliyini, məğrurluğunu nümayiş etdirir.
Tədris Mərkəzinin Tədris istehsalat işləri üzrə Direktor müavini R.Məmmədova “20 yanvar” hadisəsi haqqında danışaraq qeyd etdi ki , öldürülənlər arasında beş millətin nümayəndələri , cox sayda qadın və uşaq da var idi. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən , öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər.
Mərkəzin ixtisas fənn müəllimi A.İslamov o günlərin canlı şahidi kimi gənc nəslə müstəqilliyimiz uğrunda şəhid olan insanların xatirəsini daim əziz tutmağı, onları heç zaman unutmamağı tövsiyə etdi.
Mərkəzin şagirdlərindən Ə.Ənvərzadə, M.Abbasov və H.Cabbarov gənclər adından çıxış edərək əminliklə bildirdilər ki , onlar vətənə sədaqətli övlad kimi yetişəcək , əsil vətəndaş kimi xalqımızın müstəqilliyinin qorunub saxlanmasında fəal iştirak edəcəklər.
Tədbirin yekununda Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaşar Nəzirov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider özünə və ailəsinə qarşı olan təhlükələrə baxmayaraq SSRİ rəhbərliyini, M.Qorbaçovun siyasətini pislədi, faciəyə öz qəti ehtirazını bildirdi. “20 yanvar” faciəsi Azərbaycan xalqını səfərbər etdi, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini gücləndirdi. Vətən şəhidlərini heç vaxt unutmayacaq.
“20 yanvar” ümumxalq hüzn günü olmaqla bərabər, həm də xalqımızın şərəf günüdür.
 

Keçidlər