Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Məşğulluq Mərkəzində dəyirmi masa keçirilmişdir.

19 noyabr 2014 | 16:00

Qəbələ Rayon Məşğulluq Mərkəzində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2011-2015-ci illər) həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Mövzu ilə əlaqədar mərkəzin direktoru Elxan Səlimov məruzə etmişdir. Dəyirmi masa tədbirinin iştirakçılarından Qəbələ Turizm və Otelçilik Üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov, qaz istismar kontorunun rəisi Sübhi Bayramov, rayon təhsil şöbəsinin müdir müavini İxtiyar Hüseynov, Qəbələ RİH-nin nümayəndəsi Fəxrəddin Bağırov və başqaları mövzu ilə əlaqədar öz fikirlərini və təkliflərini bildirmişlər.

Keçidlər