Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclərin məşğulluğunun təmin edilməsi ilə bağlı konfrans keçirilmişdir.

01 dekabr 2014 | 16:00

Rayon məşğulluq mərkəzi Qəbələ şəhər 1 saylı tam orta məktəbində “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda konfrans keçirmişdir.
Tədbirə məktəbin 9-cu və 11-ci sinif şagirdləri, valideynlər, müəllimlər dəvət olunmuşdular. Konfransı giriş sözü ilə məktəbin direktoru Məhəbbət Rüstəmova açmışdır.
Rayon məşğulluq mərkəzinin direktoru konfransda məsələ ilə əlaqədar məruzə etmiş, gələcəkdə gənclərin işlə təmin olunmasında peşənin, ixtisasın düzgün seçilməsinin vacibliyi, bu işdə onlarla birlikdə valideynlərin  rolu barədə danışmışdır.
Sonda buraxılış sinifləri şagirdlərinin və valideynlərin çoxsaylı sullarına cavab verilmişdir.
Şagirdlər peşələr, ixtisaslar barədə sorğu anketləri doldurmuşlar.

Keçidlər