Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qazax məktəbliləri Qəbələyə gəlmişlər.

29 noyabr 2014 | 16:00

Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun  “İlboyu  bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində keçirilən tədbirlərindən biri Qəbələ şəhərində gerçəkləşmişdir.
Noyabrın 28-də fondun təşəbbüsü ilə Qazax şəhər 1 nömrəli tam orta məktəbinin 12 nəfər şagirdi Qəbələ şəhər 2 nömrəli tam orta məktəbinə gəlmişdir. Tədbir ulu öndər Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlamışdır.Sonra məktəblilərin Şəhidlər Xiyabanına, Heydər Əliyev Mərkəzinə, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə, Çuxur Qəbələ Tarix-Mədəniyyət Qoruğuna ekskursiyası təşkil edilmişdir. Tədbir iştirakçıları Qafqaz Albaniyası haqqında məlumatlar əldə etmiş, tarixi abidələrlə tanış olmuşlar. Noyabrın 29-da məktəblilər arasında “Heydər Əliyev və müstəqilliyimiz” mövzusunda viktorina keçirilərək, qaliblərə hədiyyələr  təqdim edilmişdir.
Tədbirin sonunda 2 nömrəli tam orta məktəbin şagirdlərinin ulu öndərə həsr etdikləri “Sən elə bir zirvəsən” əbədi-bədii kompozisiyası nümayiş etdirilmışdir.                                                           
Qonaqlar qədim Qəbələ torpağından xoş təəssüratla ayrılmışlar.

Keçidlər