Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli liderin anım günü qeyd olunmuşdur

08 dekabr 2014 | 16:00

Qəbələ Rayon Ağsaqqallar Şurası ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirmişdir.
Öncə ağsaqqalların nümayəndələri ümummilli liderin Qəbələ şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi düzmüş, onun işıqlı xatirəsini yad etmişlər.
Sonra tədbir ağsaqqallar şurasının qərargahında davam etmişdir. Giriş sözü ilə anım gününü rayon ağsaqqallar şurasının sədri Nazim Mustafayev açmışdır. Təqaüdçü müəllim Fərman Əzizli ümummilli liderin həyatı və siyasi fəaliyyəti barədə məruzə etmişdir.  Heydər Əliyevin rəhbərliyi dövründə uzun müddət keçmiş partiya orqanlarında və icra hakimiyyətində çalışmış təqaüdçü Qüdrət Səmədov ulu öndərlə bağlı xatirələrini danışmışdır.
Ağsaqqallardan Vaqif Əzimov, Eyyub Əhmədov, Nurəddin Şirinov və başqaları Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs etmişlər.

Keçidlər