Rayon polis şöbəsində ümummilli liderin anım günü qeyd edilmişdir.
10 dekabr 2014 | 16:00
Dekabrın 10-da ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü ilə əlaqədar Qəbələ Rayon Polis Şöbəsində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə polis şöbəsinin rəisi polkovnik-leytenant Ehtibar Abduyev açmışdır.
Tədbirdə ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə yerli partiya və icra hakimiyyəti orqanlarında uzun müddət çalışmış təqaüdçü Qüdrət Səmədov ümummilli liderin müdrik siyasətindən, Azərbaycan xalqı qarşısında olan xidmətlərindən danışmışdır.
Şöbənin əməkdaşları çıxış edərək Heydər Əliyevin Azərbaycanda sabitliyi bərqərar olunması, sosial və iqtisadi inkişafa nail olunması istiqamətində həyata keçirdiyi nəhəng layihələrdən bəhs etmişlər.