Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilmişdir.

12 dekabr 2014 | 16:00

Çox böyük izdihamla tədbirə qatılan rayon ictimaiyyəti XX əsrin ən görkəmli siyasi xadimlərindən biri olmuş ulu öndərin Qəbələ şəhərinin mərkəzindəki abidəsi önünə  gül – çiçək düzmüşlər.
Rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev abidəyə qızıl gül dəstələri qoymuş və dahi şəxsiyyətin əziz xatirəsini yad etmişdir.
Sonra icra hakimiyyəti aparatının işçiləri, idarə, müəssisə, təşkilatların, ictimai birliklərin, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının kollektivləri dəstə-dəstə Heydər Əliyevin abidəsi önünə gələrək tər tərənfillər və gül-çiçəklər düzərək böyük liderin xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Heydər Əliyev Mərkəzinə ziyarətlə davam etmişdir. Burada ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən ekspozisiya, rəhbərin kitabları, onun əşyaları ilə tanışlıq tədbirə qatılanlarda bir daha xüsusi maraq doğurmuşdur.
Anım günündə Heydər Əliyevin abidəsini ziyarətə gələn minlərlə qəbələlilər nəinki anım günlərində, habelə bütün tarixi və əlamətdar günlərdə də ulu öndərin abidəsini müqəddəs bir ziyarətgaha çevirmişlər.

Keçidlər