Əmlak Məsələləri Dövlət Komitəsinin “kütləvi çıxarış” kompaniyası Qəbələdə
15 dekabr 2014 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2014-cü il tarixli Fərmanının icrası məqsədilə “kütləvi çıxarış” kompaniyası Qəbələ rayonunda keçirilib. Rayonun iki yüzə yaxın vətəndaşının əvvəllər yaranmış mülkiyyət hüquqlarını təsdiq edən sənədlər dövlət reyestrindən çıxarışlar əvəz olunmuşdur.
Daşınmaz əmlakla bağlı alqı-satqı proseslərinə müsbət təsir göstərən kompaniya, əhali arasında etibarlı və zəmanətli mülkiyyət barədə əminliyin yaranmasına böyük dəstək verir. Bu da ölkə vətəndaşlarının daşınmaz əmlakın qeydiyyatının əhəmiyyətini hiss etməsinə və faydalarını dərk etməsinə zərurət yaradır.