Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

RİH başçısı yanında şuranın yığıncağı keçirilmişdir.

18 dekabr 2014 | 16:00

Dekabrın 18-də rayon icra hakimiyyəti başçısı yanında şuranın yığıncağı keçirilmişdir.
Yığıncaqda şura üzvləri, inzibati ərazi nümayəndələri, idarə, müəssisə, təşkilat və turizm strukturlarının rəhbərləri iştirak etmişlər.
Şurada qış mövsümü ilə əlaqədar xidmət təşkilatlarının həyata keçirəcəyi əlavə tədbirlər müzakirə olunmuşdur. Məsələ ətrafında rayon qaz istismar idarəsinin rəisi Sübhi Bayramov, mərkəzi xəstəxananın baş həkimi  Sabir Bayramov, təhsil şöbəsinin müdiri Oqaty Hacıyev çıxış etmiş, rəhbərlik etdikləri sahələrdə qışa hazırlıqla bağlı görülmüş işlər və həllini gözləyən məsələlər barədə  məlumat vermişlər.
Müzakirələrdən sonra müvafiq qərar qəbul edilmişdir. Şura iclasını Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev yekunlaşdıraraq qərardan irəli gələn məsələlərin həlli istiqamətində aidiyyatı təşkilatların rəhbərlərinə zəruri tövsiyələr vermişdir.

Keçidlər