Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

25 dekabr 2014 | 06:00

“2009-2014-cü illərdə Azərbaycanda Şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na uyğun olaraq, şahmat idman növünün kütləviliyinə nail olunması məqsədilə 24 dekabr 2014-cü il tarixdə Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə şahmat məktəbində  “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr olunmuş şahmat birinciliyi keçirilmişdir.
8-10-12-14 və 16 yaş qruplarında yeniyetmə və gənclər dairəvi sistem üzrə mübarizə aparmışlar. Yarışda 60-a qədər oğlan və qızlar öz qüvvələrini sınamışlar.
Yarışın yekununda oğlanlar arasında Məhəmməd Abdullayev, Əli Kərimov, Fərhad Əliyev, Sabir Abdullayev, Musa Cabayev, qızlar arasında isə Həcər Həsənova, Həcər Kərimova, Nigar Əfəndiyeva və İlahə Abdulkərimli birinci yerə çıxmışlar. Hər yaş qrupunda I, II və III yeri tutan qaliblərə rayon gənclər və idaman idarəsinin diplomları təqdim olunmuşdur.

Keçidlər