Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Şəhidlik-ölməzlik zirvəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

29 dekabr 2014 | 16:00

“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərşivəsində Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Şəhidlik-ölməzlik zirvəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəyə rayonun ümumtəhsil məktəblərindən 60-dək yeniyetmə gənc qatılmışdır.
Yekun nəticə olaraq rayon təhsil şöbəsinin akt zalında müsabiqə qaliblərinin mükafatlanma mərasimi keçirilmişdir.
Müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yerə, 2 nəfər II yerə, 3 nəfər III yerə layiq görülmüş və 4 nəfər isə fəal iştirakına görə təltif edilmişdir.
Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər