Bayram tədbiri keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni 2015-ci il münasibətilə “Qafqaz Sport Hotel”də bayram tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova açaraq dünya azərbaycanlılarının həmrəyliyi gününün tarixi barədə məlumat vermiş, bu əlamətdar günün ulu öndər Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə hər il bayram edildiyini diqqətə çatdırmışdır.
Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını və rayonun bütün əhalisini təbrik etmiş, yeni – 2015-ci ilin də Azərbaycanımız üçün ugurlu keçməsini arzulamışdır.
Tədbirdə 2014-cü ildə istehsalat, tikinti, təhsil, səhiyyə, idman, kənd təsərrüfatı və digər sahələr üzrə nailiyyətlər əldə edən bir qrup adamlara rayon icra hakimiyyətinin qiymətli hədiyyələri verilmişdir.
Bayram şənliyi musiqi təranələri ilə davam etdirilmişdir.