Seminar-müşavirə keçirilmişdir.
Yanvarın 6-da Qəbələ Rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirilmişdir. Müşavirədə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və inzibati ərazi nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə RİH başçısının birinci müavini Abil Ağasəfov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış etmişdir. O, əvvəlcə “20 yanvar” faciəsinin iyirmi beş illiyi ilə bağlı rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin imzaladığı sərəncama əsasən tərtib edilmiş tədbirlər planını iştirakçılara təqdim etmiş, görüləcək işlərin icra müddəti və icraçıları barədə məlumat vermişdir.
Sərəncama əsasən tərtib olunmuş tədbirlər planında ümumxalq hüzn gününün layiqincə keçirilməsi üçün bütün təşkilatlar, o cümlədən mədəniyyət, təhsil, gənclər və idman idarələri qarşısında konkret vəzifələr qoyulmuşdur. Yanvarın 20-dək müxtəlif səpkili mövzu tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulan iş plnının artıq icrasına başlanılmışdır.
Sonra inzibati ərazi nümyəndəliklərində notariat əməliyyatlarının aparılması qaydaları barədə rayon məhkəməsinin hakimi Vahid Sadıqov, vətəndaşların həqiqi hərbi xidmətə çağrılması və ilkin hərbi qeydiyyata alınması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin əməkdaşı Sadiq Əbilov, əraziyə yeni gəlmiş vətəndaşların qeydiyyatının aparılması mövzusunda rayon polis şöbəsinin pasport xidmətinin rəisi Elnur Zeynalov , təsərrüfatbaşına uçot kitablarının işlənilməsində yeni qaydalar istiqamətində statistika idarəsinin rəisi Ayaz İskəndərov, yeni tikililərin planlı inşa edilməsi və layihə-smeta sənədlərinin hazırlanması barəsində RİH-nin memarlıq şöbəsinin müdiri Təbriz Abdulxalıqov, 2015-ci ilin uçot hesabat kitablarının kargüzarlıq qaydalarına uyğun tərtibi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinə diqətin artırılması ilə əlaqədar RİH-nin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Fuad Zəkəriyyəzadə, icra hakimiyyəti başçısının yerlərdə səyyar görüş-qəbullarının və 2014-cü ildə inzibati ərazi nümayəndəliklərində
görülmüş işlərin yekunlarına dair hesabt yığıncaqlarının keçirilməsi barədə RİH-nin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zülfüqar Cəfərov məlumat vermişlər. Yekunda seminar-müşavirə iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.