Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə turizm infrastrukturu sürətlə inkişaf edir.

09 yanvar 2015 | 16:00

Tarixi keçmişə və coğrafi şəraitə görə turizm üçün əlverişli olan Qəbələdə son illər turizm infrastrukturun genişləndirilməsi, 20-dək yeni və müasir  istirahət mərkəzlərinin, otellərin, sağlamlıq - idman komplekslərinin,  asfalt yolların, körpülərin  tikilməsi  və bu  istiqamətdə görülən digər işlərin nəticəsində  rayona gələn turistlərin sayı xeyli artmışdır.
Təkcə 2014-cü ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 49 min 969 nəfər olmuşdur. Bu da ötən il rayona gələn turistlərin sayından 4294 nəfər çoxdur.  O cümlədən, onların 33 min 19 nəfəri yerli, 16950 nəfəri isə xarici ölkələrin vətəndaşlarıdır. Ötən il ərzində gələn qonaqların 44357 nəfəri müxtəlif turizm obyektlərində istirahət etmiş, 4901 nəfəri  işgüzar səfərdə olmuş, 711 nəfəri  isə sanatoriyalarda müalicə almışdır.
2014-cü ildə Qəbələ 30-dan yuxarı ölkə və beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlərə ev sahibliyi etmişdir. Rayonda keçirilən bu səpkili tədbirlər turizm üçün cəlbedici olduğundan, istirahətə gələnlərin sayının idən-ilə daha da artmasına səbəb olmuşdur. Belə ki, 2009-cu ildə 29 min 558, 2010-cu ildə 30 min 450, 2011-ci ildə 39 min 960, 2012-ci ildə 42 min 545, 2013-cü ildə isə 45 min 675 turist Qəbələ rayonuna gəlmişdir.
2014-cü ilin sentyabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qəbələdə səfərdə olan zaman rayonda müasir standartlara cavab verən yeni dörd ulduzlu “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılışında iştirak etmişdir. Yengicə kəndinin ərazisində, 9 hektar sahədə gözəl memarlıq üslubunda inşa olunan altımərtəbəli, 61 nömrədən ibarət kompleksdə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır.
Hazırda “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində ikinci mərhələ,   stend və ox atıcılığı kompleksində isə üçüncü mərhələ üzrə tikinti işləri aparılır. Akvapark, qolf- idman  istirahət və əyləncə komplekslərinin, eləcə də yeni otellər komplekslərinin tikintiləri davam etdirilir.
Rayonun  turizm və istirahət mərkəzlərində xidmət işinin yüksək səviyyədə təşkili məqsədilə  qonaqlara müasir restoran və otel xidmətlərinin göstərilməsi, eləcə də meşə gəzintiləri, atla, qayıqla gəzintilər, balıq ovu, dağ-xizək idman növü ilə məşğul olmaları, görməli yerlərə və tarixi abidələrə səyahətləri üçün geniş imkanlar yaradılmışdır.

Keçidlər