Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Narkomaniyaya yox deyək!" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

13 yanvar 2015 | 16:00

Qəbələ Mədəniyyət Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısısının birinci müavini  Abil Ağasəfov əsrin bəlasına çevrilmiş narkomaniyanın bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biri olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, insanları ölümə məhkum edən, genefonda sarsıdıcı zərbə vuran bu bəşəri bəla ilə mübarizə işi dünya dövlətlərinin daim diqqət mərkəzində saxlanılır, səmərəli və ardıcıl mübarizə aparılması məqsədilə səylər birləşdirilir.
Bununla əlaqədar hazırda dünyada əhəmiyyətli proqramlar, konvensiyalar və sazişlər qəbul olunmaqla vəzifələr müəyyən edilir. Azərbaycan Respublikası da bu Proqramlara qoşulmaqla onun fəal iştirakçısına çevrilmişdir.
Natiq daha sonra bildirdi ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlətin daim diqqət mərkəzindədir. Bu işin səmərəliliyinin artırılması, profilaktikasının gücləndirilməsi məqsədilə ardıcıl, zəruri tədbirlər görülür. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vaxtilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanan, hazırda yeni müstəvidə davam etdirilən barışmaz mübarizə xətti dövlətimizin maraqlarının qorunmasının prioritet istiqamətlərindəndir.
Bu sahədə fəaliyyətin səmərəsini artırmaq məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev 2007-2012-ci və 2013-2018-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nı  təsdiq etmişdir.
Abil Ağasəfov göstərdi ki, dünyada, eləcə də respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər yaşanmaqdadır. Narahatlıq doğuran hal odur ki, ilbəil dünyada narkomanlıq xəstəliyinə tutulanların sayı durmadan çoxalır, narkotika ilə bağlı olan cinayətlərin sayı artmaqda davam edir. Çıxışının sonunda natiq bildirmişdir ki, bu həyəcanı, narahatlığı nəzərə alaraq "Narkomaniyaya yox deyək!" mövzusunda elmi-praktik konfransların keçirilməsi aktuallığı baxımından çox əhəmiyyətli və təqdirəlayiqdir.    
Sonra konfransda rayon polis şöbəsi rəisinin müavini  Ramin Qədirov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri mövzusunda məruzə etdi.
Məruzə ətrafında rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov,rayon  icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Şükür Tahirov çıxış edərək, gənclər arasında  bu sahədə həyata keçirilən maarifləndirmə tədbirlərindən və narkomaniyanın cəmiyyətimizə gətirdiyi acı nəticələrdən danışmışlar.
Yekunda  tədbir iştirakçıları üçün mövzuya aid videoçarx nümayiş etdirilmişdir.

Keçidlər