Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

20 yanvar faciəsi anılmışdır.

14 yanvar 2015 | 16:00

10 saylı Ərazi Vergilər İdarəsində 20 yanvar faciəsinin iyirmi beş illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
İdarənin rəisi Şahismayıl Bayramov tədbiri giriş sözü ilə açmış, 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şöbə rəisi Elnur Yolçuyev, müfəttiş Orxan Niftalıyev və digərləri mövzu ətrafında çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi öz azadlığı uğrunda mücadilə edən Azərbaycan xalqının əsl qəhrəmanlıq nümunəsi, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan millətin tarixində şərəfli bir səhifədir.
20 yanvar faciəsinin müstəqillik, istiqlal və hüriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi  Azərbaycanın tarixinə həkk olunduğu və imperiya güllələrinin səsi ilə açılmış  bu səhifənin  şəhidlərimizin qanı ilə əbədi olaraq yazıldığı vurğulanmışdır.
Tədbirin sonunda faciəni əks etdirən videomateriallar nümayiş etdirilmişdir.

Keçidlər