20 yanvar faciəsinin 25 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Qəbələ Rayon Polis Şöbəsində 20 yanvar faciəsinin 25 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə polis şöbəsinin rəisi polis polkovni-leytenantı Ehtibar Abduyev açmış, 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam haqqında danışmışdır.
Natiq həmin gecə keçmiş sovet dövlətinin hərb maşınının dinc Azərbaycan xalqına qarşı törətdiyi qətllərin insanlığa qarşı ağır cinayətlər olduğunu, milli azadlığı və öz ölkəsinin ərazi bütöblüyü uğrunda mübarizəyə qalxmış xalqa görünməmiş divan tutduğunu qeyd etmişdir.
20 yanvar şəhidlərinin xatirəsi tədbir iştirakçıları tərəfindən ehtiramla yad edilmişdir.
Çıxış edənlər totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyəti haqqında danışmış, Vətənin azadlığı, suverenliyi uğrunda qəhərəmanlıq göstərərək canlarından keçmiş Azərbaycanın oğul və qızlarının şücaətindən söhbət açmışlar.