Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Şəhidlər unudulmur”

17 yanvar 2015 | 04:00

Qəbələ Rayon Gənclər və İdman İdarəsi Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi ilə birlikdə 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş “Şəhidlər unudulmur” adlı tədbir keçirmişdir. Tədbirdə mərkəzin müəllim və şagird kollektivi,həmçinin rayonun fəal gəncləri iştirak etmişdir.
Giriş sözü ilə tədbiri peşə tədrisi mərkəzinin direktoru Eyvaz Kazımov açmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov “20 yanvar faciəsi”nin baş vermə səbəbləri haqqında məlumat vermiş, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələr barədə məruzə etmişdir.
Məruzə ətrafında tədris mərkəzinin müəllımi İlham Əfəndiyev, direktor müavini Reyhan Məmmədova, uşaq və ailələrə dəstək mərkəzinin direktoru Rəna Mahmudova cıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan və qanlı yanvar faciəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini bildirmişlər.

Keçidlər