Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Mədəniyyət Mərkəzində 20 Yanvar qətliamının 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

17 yanvar 2015 | 06:00

20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü münasibətilə Qəbələ Mədəniyyət  Mərkəzində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova açmış, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nargilə Qafarova çıxışında 20 yanvar gününü ümumxalq faciəsi, eyni zamanda müstəqillik, istiqlal və azadlıq uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu qeyd etmiş,  qətliamın xalqımızın qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldığını vurğulamışdır.
Sonra rayon mədəniyyət və turizm şöbəsinin baş məsləhətçisi  Anar Rüstəmli, mədəniyyət mərkəzinin direktoru Vüqar Səlimov, şöbənin baş mühasibi Namiq Ağayev, Qəbələ Tarix Diyarşünaslıq Muzeyinin direktoru Xalis Məmmədov, incəsənət məktəbinin direktoru Əhməd Qəndiyev, mədəniyyət  mərkəzinin işçisi Xəyal Gəncimov çıxış edərək faciənin səbəbləri və günahkarları haqqında öz fikirlərini bildirmişlər.

Keçidlər