Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Azadlığa gedən yol”

17 yanvar 2015 | 05:00

Qəbələ Poçt Filialında 20 Yanvar faciəsinin 25-ci il dönümünə həsr olunmuş "Azadlığa gedən yol" mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları şəhidlərimizin müqəddəs ruhlarını ehtiramla yad etmişlər. Toplantını giriş sözü ilə Qəbələ Poçt Filalının  rəisi  Rauf Kərimov  açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc Azərbaycan xalqının başına gətirilmiş qanlı faciə haqqında danışmışdır.
Natiq  vurğulamışdır ki, həmin gecə törədilmiş qətliam xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, öz yenilməzliyi və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan edərək, milli azadlığına qovuşmuşdur.
Qeyd olunmuşdur ki, yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Rauf Kərimov 20 Yanvar faciəsinin Azərbaycan tarixində hüznlü gün olması ilə bərabər, həm də xalqımızın milli qürur günü olduğunu söyləmiş, bu tarixin gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rolu olduğunu bildirmişdir.
Tədbirdə poçt filialının əməkdaşları  çıxış edərək  müstəqilliyimizin bərpası uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Keçidlər