FHN Şimal-qərb Regional Mərkəzində 20 yanvar faciəsinin 25 illiyinə həsir olunmuş tədbir keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində xalqımızın qəhrəmanlıq tarixində silinməz iz qoymuş 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Keçirilən tədbirdə FHN Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti ilə yanaşı, Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Şimal-qərb Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Agentliyinin Şimal-qərb Regional Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti müfəttişliyinin, Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinin Şimal-qərb Regional Tikinti müfəttişliyinin nümayəndələri də iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan uğrunda qəhrəmancasına şəhid olmuş oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərkəzin rəisi Sadiq Bəkirli çıxış edərək 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliyam haqqında danışdı. Natiq həmin gecə keçmiş sovet dövlətinin hərb maşınının dinc Azərbaycan xalqına qarşı törətdiyi qətllərin insanlığa qarşı ağır cinayətlər olduğunu, milli azadlığı və öz ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqa görünməmiş divan tutduğunu qeyd edərək bildirdi ki, bu hadisələrə ən böyük siyasi qiyməti ümummilli lider Heydər Əliyev vermişdir.
Sonra “20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcəkdir” mövzusunda videoçarx izlənilmişdir.
Daha sonra mərkəzin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Qoşqar Əzizov, ümumi sektorun baş məsləhətçisi Ceyhun Babayev, Şimal-qərb Regional Tikinti müfəttişliyinin rəisi Qadir Hacıyev, Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umuyev, Şimal-qərb Regional Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi Seymur Şirinov çıxış edərək müstəqil Azərbaycan uğrunda qəhrəmancasına şəhid olmuş oğul və qızlarımızın göstərdiyi şücaətlər barədə, Azərbaycan xalqının özünün dövlətçilik ənənələrini, tarixi ərazilərinin bütövlüyünü, mənəvi dəyərlərini və ən əsası, müstəqilliyini qoruyub saxlamaq üçün tarixən göstərdiyi qəhrəmanlıqlar barədə geniş danışmışlar.
“İstənilən vaxt Ali Baş Komandanın əmri ilə hər bir Azərbaycan vətəndaşı, ölkəmizin müstəqilliyi uğrunda əzmkarlıqla döyüşməyə, yeri gəldikdə bu müqəddəs amal uğrunda qəhrəmancasına şəhid olamağa hazırdır!” ifadəsi ilə tədbir yekunlaşdırılmışdır.