20 Yanvar faciəsinin 25 illiyinə həsr olunmuş tədbir kecirilmişdir.
18 yanvar 2015 | 04:00
Qəbələ Peşə Məktəbində 20 yanvar faciəsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Məmmədov açmış və 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra YAP ilk partiya təşkilatının sədri Bəxtiyar Qasımov tədbir iştirakçılarına Qanlı Yanvar faciəsinə hüquqi qiymət verilməsində ulu öndər Heydər Əliyevin xidmətləri haqqında məlumat vermişdir. Daha sonra
direktor müavini Camal Rəsulov faciənin baş verdiyi ictimai-siyasi situasiya haqqında ətraflı danışmışdır. Tədbiri məktəbin direktoru Azad Məmmədov yekunlaşdırmışdır.