Rayon mərkəzi xəstəxanasında “20 Yanvar-qan yaddaşımız” mövzusunda tədbir keçirilmişdir.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 20 yanvar faciəsinin 25 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə baş həkimin müavini Cavanşır Məlikov açmış, 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qanlı qırğın haqqında danışmış, milli azadlığı və öz ölkəsinin ərazi bütöblüyü uğrunda mübarizəyə qalxmış xalqa görünməmiş divan tutulduğunu qeyd etmişdir.
Daha sonra cərrahiyyə şöbəsinin müdiri Şirin Muştaqov, pediatriya şöbəsinin müdiri Saleh Aslanov və digərləri çıxış edərək 20 yanvar qətliamının müstəqillik, istiqlal və hüriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycanın tarixinə həkk olunduğunu söyləmişlər.
Tədbirin sonunda 20 yanvar şəhidlərinin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.