Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü”-nə həsr edilmiş ədəbi-bədii kompozisiya.

20 yanvar 2015 | 04:00

20 yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Qəbələ Rayon Gənclər və İdman İdarəsi FHN-nin N saylı hərbi hissəsi ilə bırlikdə ədəbi-bədii kompozisiya təşkil etmişdir.
Tədbir iştirakçıları əvvəlcə hərbi hissədə yaradılmış 20 yanvar  şəhidlərinin xatirəsinə həsr olunmuş guşəyə baxmışlar. Rəsmi hissədə Azərbaycanın dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.                   
Sonra hərbi hissə komandirinin müavini İlham Əliyev tədbiri açıq elan etmişdir.Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov 20 yanvar faciəsi haqqında məlumat verərək, bu qətliamı doğuran o vaxtkı ictimai-siyasi hadisələr barəsində danışmışdır. Əsgərlər qarşısında Qəbələ şəhər 4 saylı tam orta məktəbin şagirdləri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər. Eləcə də tədbirdə hərbi hissənin əsgərləri 20 yanvar faciəsinin qurbanlarına həsr olunmuş şeirlər söyləmişlər.
Tədbirin sonunda 20 yanvar hadisələrini əks etdirən sənədli film  nümayiş etdirilmişdir.

Keçidlər