Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəhrəmanlıq salnaməsi- 20 Yanvar

20 yanvar 2015 | 16:00

Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində özünəməxsus yer tutan 1990-cı ilin 20 yanvar günü müstəqillık və azadlıq uğrunda güclü imperiyaya qarşı müqavimət göstərərkən həlak olmuş, itkin düşmüş insanların xatirəsi günü kimi hər il dövlət səviyyəsində  qeyd olunur.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar Ümumxalq hüzn gününün iyirmibeşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” na uyğun olaraq yaşayış məntəqələrində silsilə xatirə tədbirləri keçirilmişdir.
Rayonun bütün ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində, idarə və təşkilatlarda təşkil olunmuş tədbirlərdə 20 yanvar qətliamı Azərbaycan xlqının azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi xarakterizə olunmuşdur.
Təhsil ocqlarında 20 Yanvar faciəsini əks etdirən stendlər, rəsm sərgiləri, seir, inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar təşkil edilmiş, şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində digər mövzu tədbirləri həyata keçirilmişdir. Yanvarın 19-da ilk dərslər  20 yanvar hadisələrinə və şəhidlərimizin qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur.
20 Yanvar faciəsinin iyirmibeşinci ildönümü ilə əlaqədar rayonda bu gün Azərbaycanın dövlət bayraqları endirilmişdir.
Ümumxalq hüzn günü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev, RİH apratının işçiləri, bütün əmək kollektivləri  və ictimaiyyət nümayəndələri  şəhərdəki Şəhidlər Xiyabanına ziyarətə gəlmişlər.
Şəhidlərin ruhuna Qurani-Kərimdən surələr oxunmuşdur. Ziyarətə gələn insanlar xalqımızın azadlığı uğrunda şəhid olanların möhtəşəm abidəsi önünə gül dəstələri qoymuşlar.
Sonra Qəbələ Mədəniyyət Mərkəzində “Bakıfilm” kinostudiyasının ekranlaşdırdığı Vahid Mustafayevin “Qanlı Yanvar” filmi nümayiş etdirilmişdir.Filmin nümayişindən öncə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova tamaşaçılara 20 yanvar hadisələri və həmin hadısələrə həsr olunmuş ekran əsəri barədə məlumat vermişdir. Tamaşaçılar 20 yanvar facıəsi qurbahlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Qəbələlilər o mühdiş gecə canını vətən uğrunda fəda etmiş insanları heç vaxt unutmur, onların əziz xatirələrini uca tuturlar.

Keçidlər