Ümummilli liderin siyasi fəaliyyəti ilə bağlı dərslər davam etdirilir.
29 yanvar 2015 | 16:00
Heydər Əliyev Mərkəzində ümummilli liderin siyasi fəaliyyətinə həsr olunmuş dərslər davam etdirilir. Mərkəzdə növbəti dəfə Vəndam qəsəbə 1 nömrəli və Tüntül kənd tam orta məktəblərinin şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda dərslər tədris olunmuşdur.
Dərslərdə Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbinin 40, Tüntül kənd tam orta məktəbinin isə 38 nəfər şagirdi iştirak etmişdir.