Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ümumrespublika Gənclər Günü” qeyd olunmuşdur.

02 fevral 2015 | 16:00

Fevralın 2-də “Ümumrespublika Gənclər Günü” münasibətilə Qəbələ Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir.Tədbirdə rayonun ictimai-siyasi həyatinda fəallıq göstərən gənclər iştirak etmişlər.
Onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər qərənfillər qoymuşlar. Sonra mərkəzin tamaşa zalında davam edən rəsmi hissədə rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov 2014-cü ildə bu sahədə görülən işlər və qarşıda duran vəzifələrə dair məruzə etmişdir.
Toplantıda iştirak edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova Azərbaycanda dövlət gənclər siyasətinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu günkü bayramın ulu öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirmişdir. O, çıxışında möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, onlarla aparılan sistemli işlərdən danışaraq, Azərbaycanda sağlam fikirli gəncliyin formalaşdığını qeyd etmişdir. Sonda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin təbrikini gənclərə çatdıraraq onlara uğurlar arzulamışdır.
Tədbirdə YAP Qəbələ Rayon Gənclər Birliyinin sədri Ramil Qəribov, “Qəbələ Regional Gənclərin Resurs  Mərkəzi”  İctimai Birliyinin direktor müavini Anar Məhərrəmov, Dizaxlı kənd tam orta məktəbin ingilis dili müəllimi Aytən Vəliyeva, uşaq-gənclər idman məktəbinin direktoru Ədalət Əliyev çıxış edərək ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, Azərbaycanda gənclər siyasətinin bu gün ölkə başçılsı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və çalışdıqları sahədə görülən işlərdən danışmışlar.
Ənənəvi olaraq tədbirin sonunda 2014-cü ildə müxtəlif sahələr üzrə nailiyyət qazanmış bir qrup fəal gənc fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Keçidlər