Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

04 fevral 2015 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra Heydər Əliyev Konqres Mərkəzinin foyesində rayonun sosial-iqtisadi inkişafını əks etdirən  stendlərə və istehsal  olunan yerli məhsulların sərgisinə baxmışlar.
Konqres Mərkəzində keçirilən iclasda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili  Fəttah Heydərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, rayonun idarə, təşkilat, müəssisə rəhbərləri, icra nümayəndələri və yerli özünü idarəetmə orqanlarının sədrləri iştirak etmişlər.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev hesabat iclasını açaraq 2014-cü ildə rayonda sosial-iqtisadi sahədə görülmüş işlər barədə geniş məruzə etmişdir.
Hesabat məruzəsində Səbuhi Abdullayev demişdir:
- Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafın yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlət başçısı iclasda 2014-cü ildə ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini vurğulamışdır.
“Ötən il dünyada və bölgədə bir sıra proseslərin getməsinə baxmayaraq Azərbaycan özününün sürətli inkişaf tempini saxladı, xalqımız 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşadı”–deyən cənab İlham Əliyev bildirmişdir ki, iqtisadiyyatımız 3 faiz, qeyri-neft sektoru 7 faiz, əhalinin pul gəlirləri 4,8 faiz artmış, infilyasiya 1,4 faiz olmuşdur. Cənab Prezident qeyd etmişdir ki, bu dövrdə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur ki, onun da 16 milyard dollarını daxili sərmayələr təşkil edir. Manatın məzənnəsi sabit qalmış, valyuta ehtiyatlarımız artaraq 50 milyard dolları keçmişdir.
2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisəsinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını qeyd edən cənab İlham Əliyev keçən il bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirmişdir. Düşünülmüş iqtisadiyyatın verdiyi imkanlardan faydalanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını deyən dövlət başçısı 2014-cü ildə 60-dan çox tibb mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə verildiyini, “ASAN xidmət”in uğurla fəaliyyət göstərdiyini vurğulamışdır.
Eləcə də ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğuna diqqət çəkən cənab Prezident, ölkəmizin ikitərəfli və çoxtərəfli formada fəal xarici siyasət yürütdüyünü qeyd etmişdir.
“Azərbaycan dünyada böyük hörmətə malikdir”–deyən cənab İlham Əliyev ölkəmizin regional məsələlərin həllində mühüm amil olduğunu və dövlətimizin beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini söyləmişdir.
Çıxışında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ölkə başçısı Ermənistanın 2014-cü ildə də imitasiya taktikasına üstünlük verdiyini və münaqişənin həlli ilə bağlı heç bir konsktruktiv addım atmadığını demişdir. Ötən il Ermənistanın bir neçə dəfə açıq təxribatlar törətməsinə diqqət çəkən cənab Prezident bu cəhdlərin qarşısının ordumuz tərəfindən uğurla alındığını və düşmənin böyük itki verdiyini bildirmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
2014-cü il Qəbələ rayonunun da sosial-iqtisadi və ictimai siyasi həyatında uğurlu, əlamətdar il kimi yadda qalmışdır.
İctimai həyatımızda baş verən əsas əlamətdar hadisə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il yanvarın 3-də və sentyabrın 22-də Qəbələyə səfərləri olmuşdur. Səfərlər zamanı dövlət başçısı bir çox mühüm sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak etmiş, inşaat işləri davam edən tikintilərdə işlərin gedişi ilə maraqlanmışdır. Görülmüş işlər barədə fikirlərini bildirən ölkə başçısı  qarşımıza yeni vəzifələr qoymuşdur.
Hörmətli yığıncaq iştirakçıları!
Qəbələ rayonunun ərazisi 1548 kvadrat kilometr, əhalisi 101549 nəfərdir. Əhalinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udilər, 0,1 faizini türklər, 0,2 faizini isə digər millətlərin nümayəndələri təşkil edir. Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd vardır. Yaşayış məntəqələrində 60 icra nümayəndəliyi, 29 bələdiyyə fəaliyyət göstərir.
Ötən müddət ərzində rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 239,304 min manatlıq məhsul istehsal edilmişdir. Bu da keçən ilin müvafiq dövrünə (234.890 min manat) nisbətən 4,414 min manat, yaxud  1,8 faiz çox olmuşdur.
Cari ildə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 1,602  min manat, yaxud 7,5 faiz, kənd təsərrüfatında 2,075 min manat, yaxud 3,7 faiz,  tikintidə 65 min  manat, yaxud 0,1 faiz, nəqliyyatda 48 min manat, yaxud 1,5 faiz, rabitədə 130 min manat, yaxud 14,2 faiz,  ticarətdə 499 min manat, yaxud 1,8 faiz artmışdır.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı  2,356 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən (2.352 manat) 4 manat çox olmuşdur.
Sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 60,7 faiz təşkil etmişdir.
İl ərzində sənaye müəssisələrində çalışan 851 nəfər işçinin orta aylıq nominal əmək haqqı 404 manat təşkil etmişdir ki, bu da əvvəlki illə  müqayisədə 13 faiz çox deməkdir.
2003-cü ilin oktyabr ayından 2015-ci ilin yanvar ayınadək  12.696 yeni iş yeri açılmışdır. Ondan 10.648-i daimi iş yeridir. İl ərzində açılmış yeni iş yerlərinin sayı 893 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 131,223 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 127,580 min manat təşkil etmişdir. Əvvəlki  illə (128.242 min manat) müqayisədə əsas  kapitala  yönəlmiş  investisiyanın  həcmi    2,981 min manat,  yaxud  2,3 faiz artmışdır.
Rayonun yerli gəlirləri 2014-cü ildə  10.124,0 min manat proqnoza qarşı 10.199,5 min manat (101faiz) və ya 75,5  min manat çox, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 10.495,0 min manat dürüstləşdirilmiş proqnoza qarşı 10.495,0 min manat (100faiz), yerli xərcləri dürüstləşdirilmiş 20.619,0 min manat proqnoza qarşı 20.053,9 min manat (97faiz) və ya 565,1 min manat az icra olunmuşdur.
Rayonun yerli xərcləri təhsil xərcləri üzrə 368,3 min manat, səhiyyə xərcləri 66,1 min manat, icra hakimiyyəti orqanlarının saxlanması xərcləri 64,2 min manat, mədəniyyət xərcləri 50,5 min manat,digər  xərc maddələri üzrə 16,0 min manat  olmaqla, ümumilikdə il üzrə 565,1 min manat təyinatdan az icra olunmuşdur.
Yerli xərclərin 565,1 min manat təyinatdan az icra olunmasının səbəbi bəzi xərc maddələri üzrə faktiki icranın tam yerinə yetirilməməsi olmuşdur. Müəyyən edilmiş bölgü üzrə il ərzində vəsaitin düzgün proqnozlaşdırılmaması səbəbindən bütün xərclər üzrə  təyinatdan az xərcələnmişdir.
Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 3-ü – əlavə dəyər vergisi, dövlər rüsumu və sair daxilolmalar üzrə proqnoz tapşırıqlar kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 333,2 min manat az vəsait daxil olmuşdur. Digər növ gəlirlər üzrə  408,7 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 75,5 min manat çox yerinə yetirilmişdir. Yerli büdcənin hesabında 01 yanvar 2015-ci il tarixə 640,6  min manat vəsait qalığı yaranmışdır.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
İl ərzində bübün növ istehlakçı qruplar tərəfindən 101.174,6 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 6.070,5 min manata qarşı 5.815,8 min manat vəsait toplanaraq illik yığım planı 95,8 faiz yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 71,3 faiz, dövlət müəssisələri üzrə 77,7 faiz, ticarət xidməti üzrə 90,4 faiz, özəl sənaye üzrə 99,5 faiz, əhali qrupu üzrə isə 92,6 faiz olmuşdur. İl ərzində 35 ədəd 10/0,4 kV-luq transformator yarımstansiyası cari təmir edilmiş, 10/0,4 kV-luq hava xəttinin 19 km məsafəsində 71,4 min manat, 0,4 kV-luq hava xəttinin 10 km məsafəsində 34,3 min manat dəyərində əsaslı və cari təmir işləri görülmüşdür.
Təbii qaz istehlakçıları tərəfindən 36.262,3 min kub/metr təbii qaz istehlak edilmiş,  3.926,2 min manata qarşı 3.807,6 min manat vəsait toplanaraq   ümumi yığım məbləği 97,0 faiz təşkil etmişdir. Həmin göstərici  əhali sektoru üzrə 98,7 faiz,  büdcə təşkilatları üzrə 94,3 faiz, sənaye, kommersiya və digər təşkilatlar üzrə üzrə isə 95,9 faiz təşkil etmişdir. İl ərzində 531 yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 11.846-ya çatdırılmışdır.                                   
Azərbaycan hökuməti və Dünya bankının maliyyə dəstəyi  əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ üzrə işlər tamamlanmış, 2-ci mərhələ üzrə tikinti işləri davam etdirilmişdir.      “Qaraçay”, “Duruca” su mənbələrində yerləşən  anbarlar lil və qumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı  və  kanalizasiya xətlərində müxtəlif diametrli  borular dəyişdirilmiş, təmir-bərpa işləri aparılmışdır. Hərbi şəhərcikdə, qaçqın şəhərçiyində, Aydınqışlaq kəndində və 5 mərtəbəli yaşayış binalarının qarşısındakı artezian quyularında nasoslar dəyişdirilmiş, Elçin Kərimov küçəsində bir ədəd subartezian quyusu qazılmışdır. İl ərzində 268,8 min manat dəyərində  su və kanalizasiya xidməti göstərilmiş, həmin məbləğin 94 faiz-i yığılmışdır. Bu göstərici əhali sektoru üzrə 91 faiz, büdcə üzrə 100 faiz, kommersiya və digər təşkilatlar üzrə 95 faiz təşkil etmişdir.
Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, daşqın və selə qarşı mübarizə məqsədilə 1115 min kub/metr çay məcrası daş və qumdan təmizlənmiş, 320 kub/metr qabion bəndi vurulmuş, 6326  kub/metr daş beton bənd və kənd təsərrüfatının suvarma kanalları cari təmir edilmişdir. İstifadəçilərdən 15,8 min manat su pulu yığılaraq tapşırığa 100 faiz əməl edilmişdir.
Qəbələ rayon 11 saylı Yol İstismar İdarəsi tərəfindən 2014-cü ildə 556,8 min manatlıq  cari təmir və yolların saxlanması işləri görülmüşdür.
Qəbələ Telekommunikasiya Qovşağı il ərzində 1.220 min manat tarif gəliri proqnozuna qarşı 1.232,4 min manat gəlir əldə etmiş, proqnoz tapşırığa 101,0 faiz əməl etmişdir.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz, yəni 154,3 min manat artıq gəlir əldə edilmişdir.
“Azərpoçt” MMC-nin Qəbələ Filialı 2014-cü il ərzində  220,9 min manata qarşı  225,9 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığı 102 faiz yerinə yetirmişdir.
Qəbələ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hal-hazırda 3.464 hərəkətdə olan sosial müavinət və təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 248,3 min manat təşkil edir. İl ərzində 123 nəfər 18 yaşadək əlil uşağa, 204 nəfər I,II və III qrup əlillərə, 27 ailənin 51 uşağına ailə başçısını itirməyə, 11 nəfərə qocalığa görə aylıq müavinət təyinatı aparılmışdır. Bundan başqa 1.402 ailəyə yeni uşağın anadan olmasına görə, 40 nəfərə dəfn üçün birdəfəlik müavinətlər ödənmişdir. 705 ailəyə ünvanlı sosial yardım təyin olunmuş,  həmin ailələrdən 1 yaşadək uşağı olan 53 ailənin 56 uşağına müavinət təyin edilmişdir. Hazırda mərkəzdə 705 hərəkətdə olan ünvanlı sosial yardım işi vardır.
Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi tərəfindən 2014-cü ilin  yekununa görə gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 7316,0 min manata qarşı 7282,4 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq,  proqnoz tapşırığa 99,5 faiz əməl olunmuşdur. İl ərzində 1101 sığortaedən qeydiyyata alınmışdır ki, bunlardan 63-ü hüquqi, 855-i fiziki şəxs, 153-ü isə pay torpaq mülkiyyətçisi olmuşdur. 2015-ci ilin 1 yanvar  vəziyyətinə şöbə üzrə 11.551 pensiya işi üzrə 11.867 nəfər əmək pensiyaçısı qeydiyyata alınmışdır.  Hesabat dövründə pensiyaçılara ümumilikdə 21285,9 min manat pensiya ödənilmiş,  orta aylıq pensiya məbləği  1.764,3 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 152 manat 74 qəpik təşkil etmişdir.
Qəbələ rayon Məşğulluq Mərkəzində il ərzində işsiz və işaxtaran kimi 610 nəfər vətəndaş qeydiyata alınmış, onların 16 nəfərinə işsizlik statusu verilmişdir. Qeydiyyatdan keçmiş 610 nəfərdən 330 nəfəri müvafiq işlə təmin edilmişdir.  İl ərzində biri əlil olmaqla 5 nəfər vətəndaş kvota üzrə işlə təmin olunmuş, 5 nəfər işaxtaran vətəndaş 1 ay müddətinə haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. Mərkəzdə qeydiyyatdan keçmiş qeyri məşğul əhalidən 5 nəfəri qadın olmaqla 16 nəfər kompüter mühasibliyi peşə kursuna cəlb edilmiş, onlardan 8 nəfəri kursu bitirdikdən sonra işlə təmin olunmuşdur.
Hörmətli toplantı iştirakçıları!
2014-cü ildə Mirzəbəyli–Çuxur Qəbələ–Dizaxlı–Çarxana avtomobil yolunda əsaslı təmir, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunlarının “N” saylı alayında, qida şəhərciyində, kartof soyuducu anbarında, Çuxur Qəbələ kəndindəki Arxeoloji Araşdırmaların Tədqiqatı Mərkəzinin inzibati binasında, Qafqaz–Yengicə Termal Otel və SPA obyektində, 80 şagirdyerlik Yengicə kənd orta məktəbinin, 220 şagirdyerlik Zirik kənd orta məktəbinin və Qəbələ şəhərindəki 5 nömrəli tam orta məktəbin binalarında tikinti işləri başa çatdırılmışdır.
Hazırda Qəbələ Futbol Akademiyası və stadionlar kompleksində, Dəmiraparan çayı üzərindəki 10 aşırımlı, 324 p.metrlik beton körpüdə, “Aquapark” istirahət mərkəzində, “Tufandağ” dağ–xizək  yay–qış istirahət kompleksinə daxil olan xizəkçilik mərkəzi və Tufangöl otelində, “Qrand siti” otelində, hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, rayon məhkəməsinin və prokurorluğun inzibati binalarında, Savalan kəndindəki “Raftinq Mərkəzi”ndə, Laza sərhəd zastavasında, Nohur gölü ərazisindəki otellər kompleksində, gömrük akademiyasının,  YAP Qəbələ Rayon Təşkilatının, “ASAN xidmət”in rayon filialının, kənd təsərrüfatı idarəsinin inzibati binalarında, atıcılıq və atçılıq idman mərkəzlərində tikinti-quraşdırma işləri davam etdirilir.
İl ərzində Qəbələ şəhərində abadlıq işləri davam etdirilmiş, Həzi Aslanov və Sahil küçələrində yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda Seyid Əzim Şirvani və İsmət Qayıbov küçələrində tikinti-abadlıq işləri həyata keçirilir. Eləcə də Zarağan kəndindəki hərbi şəhərciyin 11 binasının və şəhərin beşmərtəbəli yaşayış binalarının istilik, su-kanalizasiya sistemi, dam örtüyü və fasadı əsaslı təmir edilmişdir.
Məlumat üçün bildirirəm ki, 2015-ci ildə Qəbələ Peşə Məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxanasının, Dillər Universitetinin Qəbələ Filialının, Yengicə su anbarının, turizm akademiyasının, Qəbələ şəhərində hər biri 100 yerlik 2 uşaq bağçasının, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş şəhər 1 nömrəli uşaq bağçasının yeni binasının və Nohurqışlaq–Tüntül–Yengicə avtomobil yolunun tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
Hörmətli toplantı iştirakçıları!
2013-2014-cü dərs ilini təhsil müəssisələri də yüksək nəticələrlə başa vurmuşdur. Ümumtəhsil məktəbləri üzrə müvəffəqiyyət faizi 99,7 faiz, keyfiyyət göstəricisi isə 63,8 faiz olmuşdur. XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri isə 71.4 faiz olmuşdur. Məktəblərdən şəhər 1, 2, 3, 4, 5 saylı, Vəndam qəsəbə 1, 2 saylı, Nohurqışlaq, Tüntül, Əmirvan kənd tam orta məktəblərinin keyfiyyət göstəricisi rayonun ümumi göstəricisindən yüksək olmuşdur.
On birinci sinfi bitirən 1381 nəfər şagirddən 810 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 534 nəfəri ali məktəbə qəbul edilmişdir. Bu da əvvəlki illə müqayisədə 38 nəfər çoxdur.Ali məktəbə qəbul olunanların 131 nəfəri 500-dən yuxarı, 27 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Ötən il təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Şəhər 5 saylı tam orta, Zirik və Yengicə kənd ümumi orta məktəblərinin tikintisi başa çatmışdır. Böyük Pirəli kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur.
Şəhər 4- saylı  tam orta məktəbin  idman zalı əsaslı təmir edilmiş, Qəmərvan, Həmzəli, şəhər 1,3-saylı  tam orta  məktəblərində isə cari təmir işləri aparılmışdır.
Təhsil Nazirliyi tərəfindən 127677- manatlıq,  166 adda  97229  ədəd   pulsuz dərslik  gətirilərək  bölgü əsasında  məktəblərə verilmişdir. Yerli büdcə  hesabına  536670 manatlıq  invertar, idman avadanlıqları, o cümlədən  1000 dəst  şagird stolu, 400 dəst  odun peçi, 59 ədəd kompüter, 6 ədəd  proyektor, 1204  ədəd  yumşaq stul alınaraq bölgü əsasında məktəblərə verilmişdir. 
Təhsil sisteminin iformasiylaşdırılması sahəsindəki işlər 2014-cü il  ərzində də davam etdirilmiş, məktəblərdə komputerlərin sayı 570-ə çatdırılmışdır. Bununla da hər 20 nəfər şagirdə bir komputer düşməsi haqqında dövlət proqramı Qəbələ məktəblərində artıq həyata keçirilmişdir.
Rayonun 17 məktəbi internet şəbəkəsinə qoşulmuş, 5 tam orta məktəbin, o cümlədən təhsil şöbəsinin xüsusi saytı açılmışdır.
Ulu öndərin irsinin  öyrənilməsi ilə  əlaqədar  Heydər Əliyev Mərkəzində  təşkil olunan  tədris kursları  yüksək fəallıq  və işgüzar diskussiya  şəraitində  keçirilmişdir.  2014-2015-ci tədris ilində  də  bu dərslər  böyük  fəallıq  və həvəslə davam etdirilir.
Hazırda 28 məktəb fərdi qazanxana sistemi, 40 məktəb isə odun peçi ilə qızdırılır.  Fərdi  istilik  sistemi  olan məktəblərin  qazanxanasının 11 - i qazla, 14-ü duru yanacaqla, 3-ü isə elektriklə  qızdırılır.
Qəbələ Rayon  Mədəniyyət və Turizm  Şöbəsi də  2014-cü   il ərzində   tarixi hadisələrin, yubileylərin və əlamətdar günlərin    qeyd  olunması  istiqamətində  xeyli işlər görülmüş, yaradıcı kollektivlər respublika tədbirlərində iştirak etmişlər.
2013-cü ildə Qəbələnin MDB ölkələrinin “Mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar ötən il ərzində rayonda silsilə tədbirlər keçirilmiş və yekunda təntənəli bağlanış mərasimi təşkil olunmuşdur. Tədbirdə MDB ölkələrinin mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak etmişlər. Mədəniyyət Mərkəzində Azərbaycan və rus kinematoqrafçılarının istehsal etdiyi filmlər nümayiş etdirilmişdir.
Eləcə də rayonumuzda ənənəvi VI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Festivalda ABŞ, Cənubi Afrika, Ukrayna,  İsrail, Avstriya, Kanada, Koreya,  Rusiya, Türkiyənin dünya şöhrətli  musiqiçiləri, Vyana Akademik  orkestri, İohannesburq Simfonik Orkestri, “Kiyev solistləri” milli kamera ansamblı, Tel-Əviv balet qrupu, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etmişdir. Festival çərçivəsində tamaşaçılara caz və muğam axşamları da təqdim olunmuşdur.
Dağıstan Respublikasında keçirilən  ənənəvi “Tsamauri” II Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanı “Aşıqlar” qrupu və Qəbələ rayonunun mədəniyyət işçiləri təmsil etmişlər.
2014-cü ildə rayonumuzda II Qəbələ Mürəbbə Festivalı keçirilmişdir. Festivalda 21 rayonun şirniyyat ustaları iştirak etmiş, “Qəbələ guşəsi”nin təşkilinə görə rayonumuz Azərbaycan Respublikası Milli Kulinariya Mərkəzi tərəfindən qızıl medala layiq görülmüşdür.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları”  proqramına uyğun olaraq,  Nazirliyin   31 mart 2014-cü il tarixli 169 nömrəli əmri ilə Qəbələ rayonu 2014-cü ildə “Azərbaycanın Əfsanələr Paytaxtı”  seçilmişdir.
Keçən il Şəki şəhərində keçirilmiş  IX çövkən milli oyunları festivalında Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin komandası "Yaylıq" milli oyununda birinci yer tutduğuna görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomu və pul mükafatına layiq görülmüşdür.
Qəbələ rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xalq teatrında il ərzində iki tamaşa hazırlanmışdır.
2014-cü ildə şöbənin şəbəkəsindəki mərkəzləşdirilmiş kitabxana sistemində ümumi kitab fondu 138222   nüsxə, oxucu sayı  22874  nəfər,  kitab verilişi isə 254637   nüsxə olmuşdur.
Mərkəzləşdirilmiş kitabxana sistemində  kənd filiallarının  birləşdirilməsi ilə bağlı hazırda 27 kitabxana fəaliyyət göstərir. Həmin kitabxanalarda 138000  mindən çox kitab  fondu vardır. Mərkəzi kitabxanada avtomatlaşdırılmış elktron kataloq  və elektron kitabxananın təşkili işinin  həyata keçirilməsinə başlanılmışdır.
Hesabat ilində Qəbələ İncəsənət Məktəbinin şagirdləri Xan Şuşinski adına II Respublika Muğam Festivalında, Xalq Çalğı Alətləri ifaçılarının  III respublika müsabiqəsində  və  “Müstəqil Azərbaycanım” adlı  II Respublika  rəsm müsabiqəsində  iştirak etmişlər.
Tarix-diyarşünaslıq muzeyi rayonun ictimai həyatında mühüm yer tutur. Qəbələnin tarixinin  öyrənilməsində,  rayonun yerli və  xarici turistlərə tanıdılmasında muzeyin rolu əvəzsizdir. Hazırda muzeyin fondunda 13616 ekspoant mühafizə olunur. Ekspozisiyada isə 2000 eksponat nümayiş etdirilir. Cari ildə fond üçün 315 yeni əşya alınmışdır.  İl ərzində muzeyə gələn tamaşaçıların sayı 20000  nəfər olmuşdur.
Qəbələ Dövlət Rəsm Qalareyası 2014-cü ildə  bir sıra sərgi və müsabiqələr təşkil etmişdir. Qalereyanın fondunda  192 təsviri incəsənət nümunəsi vardır.  2014-cü ildə  burada 18  sərgi təşkil olunmuş, 2  mühazirə oxunmuşdur.
Qəbələ  Tarix-Bədii Qoruğu üçün ötən il daha əlamətdar olmuşdur. Belə ki, 2014-cü ilin sentyabr ayının 22-də ölkə  Prezidenti cənab   İlham Əliyev Arxeoloji Mərkəzinin binasının  açılışında iştirak etmiş  və   mərkəzin sərgi salonu ilə tanış olmuşdur. Mərkəzdə uzun illər  Qədim  Qəbələdə aparılmış  və bu gün də davam etdirilən arxeoloji qazıntılar nəticəsində tapılmış unikal eksponatlar dünyaya nümayiş etdirilir. Artıq bir neçə ildir ki, burada  AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji qrupu və SEBA-nın dəstəyi ilə Koreya arxeoloqları birgə qazıntı işləri həyata keçirirlər. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunan 1500-ə yaxın eksponat sərgidə nümayiş etdirilir. Yeni tapılan eksponatlar arxeoloji mərkəzdə ən müasir texnologiyalara cavab verən laboratoriyalarda bərpa olunduqdan sonra ekspozisiyaya qoyulur. Mövcud bütün eksponatlar haqqında dövri hesabatlar və tapıntı kitabları nəşr olunmuşdur.
Rayon mərkəzi xəstəxanasında 2014-cü il ərzində  büdcə xərcləri 2.258.799 manat olmuş, dərman və sarğı materiallarının alınmasına 325196.00 manat vəsait xərclənmiş, əhaliyə 233051.00 manatlıq pulsuz dərman verilmişdir.
İl ərzində stasionar  xəstələrin sayı 3002 nəfər, cərrahi əməliyyatların sayı 262   olmuşdur.
Zərifə Əliyeva adına “Göz  Xəstəlikləri İnstitutu”nun əməkdaşları səyyar briqada şəklində 300-dən artıq xəstəni müayinə etmiş, 23 nəfərdə cərrahiyyə əməliyyatı aparmışlar.
İl ərzində xəstəxanaya 328 paket eritrosit kütləsi alınmışdır. Bunların 115 paketi Mərkəzi Qan Bankından, 213 paketi bankın Şəki bölməsindən gətirilərək talasemiyalı xəstələrə köçürülmüşdür.
Məcburi tibbi müayinəyə cəlb edilməsi nəzərdə tutulan obliqat qruplar qrafik üzrə 7402 nəfər planlaşdırıldığı halda, 2014-cü il ərzində 4582 nəfər obliqat qrup əhali müayinəyə cəlb edilmişdir. Onların 2450 nəfəri təhsil, 850 nəfəri səhiyyə, 718 nəfəri isə otel və konserv zavodunun işçiləridir. İaşə, ticarət və məişət xidməti işçilərinin cəmi 411 nəfəri müayinəyə cəlb olunmuşdur.
Keçən il 907 nəfərə qoyulmuş tuberkulin sınağının 94 nəfərdə reaksiyası müsbət olmuşdur. 2014-cü ildə 25346 profilaktik peyvənd edilmiş, peyvəndə müvəqqəti əksgöstəriş 458 olmuşdur.
0-6 yaşlı uşaqlardan  11560 nəfərə kart hazırlanmış, 540 nəfərə isə yeni kart sifariş edilmişdir.
Hörmətli toplantı iştirakçıları!
Hesabat ilində səhiyyə sahəsində də bir sıra nailiyyətlər əldə edilmişdir. Görülmüş işlərin ən önəmlisi isə ölkə Prezidentinin tapşırığı əsasında respublikada, o cümlədən Qəbələ rayonunda 18 yaşından yuxarı əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri olmuşdur.
Fevralın 17-dən mayın 1-dək keçirilən dispanzerizasiyaya 65419 nəfər cəlb edilmişdir. Rayon əhalisinin müayinəsinə müalicə diaqnostika mərkəzinin, mərkəzi xəstəxananın, eləcə də yaşayış məntəqələrindəki səhiyyə müəssisələrinin mütəxəssisləri və səyyat həkim briqadaları cəlb olunmuşdur. Müayinələrin nəticəsinə əsasən 4647 nəfərə stasionar müalicəyə, 148 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilmişdir.
Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2014-cü il ərzində  profilaktik peyvəndlərdən   hepatit   «B»-ə   qarşı     1455 peyvənd, göyösgörək, difteriya və tetanusa qarşı 1486 peyvənd, qızılça, parotit, məxmərəyə qarşı 3122 peyvənd, polimelitə qarşı 7872 peyvənd, 6 yaşlı uşaqlar arasında difteriya və tetanus əleyhinə 1423 peyvənd, doğumun 4-7-cı günündə BSJ-yə qarşı 1435 nəfərə peyvənd edilmişdir.
Ötən il GEM-nin bakterioloji labarotoriyasında yoluxucu xəstəliklərin aşkar edilməsi məqsədilə 1412 müayinə aparılmışdır. Bu müayinələr zamanı törədicisi məlum olan 32 kəskuin  bağırsaq infeksiyası, 47 törədcisi məlum olmayan kəskin bağırsaq infeksiyası, 11 ilkin  brüsellyoz və 25 xroniki brüselyozlu xəstə aşkar edilmişdir.
Gigiyena epidemiologiya mərkəzinin laboratoriyasında 70 su nümunəsi bakterioloji müayinə olunmuşdur.
Qəbələ Müalicə Diaqnostika Mərkəzinə 2014-cü il ərzində xəstə gəlişlərinin sayı 13616, endoskopik müayinələrin sayı 849, stomotoloji kabinetdə müalicə olunan xəstələrin sayı 499, stasionar şöbəyə daxil olan xəstə sayı 936, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 935 olmuşdur. Onlardan 129-u laparoskopik əməliyyatlardır. Hemodializ şöbəsində 61 xəstədə aparılmış hemodializ seanslarının sayı 560, şüa diaqnostika şöbəsində ultrasəs müayinələrinin sayı 15626, rentgen müayinələrin sayı 16345, kompüter tomoqrafiyası müayinələri 1248,  kliniki laboratoriyada 9181 xəstədə müayinələrin sayı 351008,  fizioterapiya şöbəsində proseduraların sayı isə  3353 olmuşdur.
Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən 2014-cü il ərzində 65 tədbir həyata keçirilmişdir. Bunlardan 30 tədbir gənclərlə iş sahəsini, 35 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir.
İl ərzində Qəbələdə bir sıra beynəlxalq və respublika səviyyəli yarışlar keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Tour d'Azerbaidjan-2014" Beynəlxalq velosiped turniri, Yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan boks idman növü üzrə 13-14 yaşlı yeniyetmələr arasında zona yarışları, Yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan yunan-roman güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında zona yarışları, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında III Beynəlxalq Qəbələ Kuboku Turniri, cüdo idman növü üzrə Qəbələ açıq turniri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Gənc xilasedici və yanğınsöndürən” adlı III respublika birinciliyi və "Gənc xilasedici" II beynəlxalq yarışı, "Gabala Fight Series" kikboks üzrə Beynəlxalq turniri, Olimpiya atıcılq növləri üzrə Dünya Kuboku yarışlarının filan mərhələsi və s. belə idman tədbirlərindəndir.
“Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə Respublika Çempionatının zona mərhələsində rayon komandası II yerə, “Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında keçirilən VII Azərbaycan Çempionatının zona mərhələsində “Uğur” komandası II yerə, həmin oyunların televiziya versiyasında komandamız II yerə layiq görülmüşdür.
2014- cü ildə Qəbələ Olimpiya və İdman Kompleksinin xidmətlərindən 57522 nəfər gün istifadə olunmuşdur ki, bir günlük xidmətlərdən istifadə edənlərin orta sayı 247 nəfər təşkil etmişdir. Gündəlik xidmətlərdən istifadə edənlərin 95 nəfəri ödənişli əsasla, 146 nəfəri isə ödənişsiz əsasla həyata keçirilmişdir.
Kompleksin xidmətlərindən ödənişsiz əsasla istifadə edənlər Olimpiya İdman növləri üzrə təşkil edilmiş seksiyalardakı idmançılar olmuşdur.
Qəbələ Olimpiya İdman Kompleksində 5 Olimpiya İdman növü üzrə (sərbəst güləş, yunan-roma güləşi, boks, cüdo və taekvando)   ödənişsiz seksiyalar fəaliyyət göstərir ki, bu seksiyalarda 215 nəfər məktəb yaşlı uşaqlar idmanla məşğul olurlar.
2014-cü ildə Qəbələ Olimpiya İdman Kompleksində 28 idman tədbiri keçirilmişdir. Bu tədbirlərdən 5-i rayon, 22-si respublika, 1-i beynəlxalq səviyyəli tədbirlərdir. Qəbələ Peşə Məktəbini 2014-cü ildə 90 nəfər məzun bitirmişdir. Onların 38 nəfəri rayonun idarə, müəssisə və özəl təşkilatlarında işlə təmin olunmuş, 4 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə daxil olmuş, 11 nəfəri hərbi xidmətə çağırılmışdır. Məzunların 37 nəfərinə sərbəst işədüzəlmə imtiyazı verilmişdir.
2014-2015-ci tədris ilində məktəbə şagird qəbulu planına əsasən 4 peşə üzrə 80 nəfər qəbul edilmişdir.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzini 2014-cü idə 151 nəfər məzun bitirmişdir. Onların 42 nəfəri ümumi orta təhsil bazasından, 109 nəfəri isə tam orta təhsil bazasında olmuşdur.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində keçən il  rus danışıq dili, kompüter, rəsm və əl işləri dərnəyi  fəaliyyət göstərmişdir.
Hesabat dövründə mərkəz tərəfindən rayonun qəsəbə və kəndlərində,  “Məişət zorakiliğı  qurbanlarının  müdafiəsi”, “ Erkən evliliklər və onların fəsadları”, “ Uşaq hüquqları”,   “Sağlam  həyat  tərzi   və  reproduktiv  sağlamlıq” mövzularında tədbirlər keçirilmiş və həmin tədbirlərdə 3246 nəfər iştirak etmişdir.
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində 2014-cü il ərzində 15 beynəlxalq təşkilat və 48 milli QHT ilə əməkdaşlıq edərərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirilmişdir.
Ötən il mərkəzin fəaliyyətindən 136 QHT bəhrələnmişdir. Rayonumuzun 32 bələdiyyəsi mərkəzlə əməkdaşlıq etmiş və birgə layihələrə cəlb olunmuşdur.
Aqrar sahəyə dövlət  qayğısının daim artması nəticəsində, rayonumuzun  kənd  təsərrüfatı sahəsində də əhəmiyyətli  irəliləyiş  hiss edilir. Xüsusi qeyd etmək lazımdır ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncam fermerlərimizdə böyük ruh yüksəkliyi yaratmışdır.
Rayon komissiyası tərəfindən Sərəncamın icrası ilə əlaqədar 2013-cü ilin sonunda torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına 734380,0 manat yardım hesablanmış və həmin vəsait 2014-cü  ilin I rübündə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır. Bundan əlavə komissiya tərəfindən keçən ilin iyun ayında rayonun 1915 nəfər torpaq mülkiyyətçisinə əkin sahələrinin becərilməsinə görə 1056783,0 manat vəsait hesablanaraq ödənilmişdir. 2014-cü ilin 01 dekabr vəziyyətinə 955 nəfər buğda istehsalçılarına 498.551 manat kompensasiya hesablanmış və həmin məbləğin cari ilin I rübü ərzində məhsul istehsalçılarına verilməsi nəzərdə tutulmuşdur.
2015-ci ilin məhsulu üçün 21300  hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir. Onun 14015  hektarını buğda, 7285  hektarını isə arpa sahələri təşkil edir.
Rayonda  2014-cü ilin məhsulu üçün 4894 ha sahədə   yazlıq bitkilər əkilmişdir. Əkilmiş sahənin 1157 hektarını kartof, 2096 hektarını tərəvəz, 1368 hektarını qarğıdalı, 130 hektarını bostan bitkiləri,
143 hektarını günəbaxan 1258 hektarını isə birillik və coxillik otlar təşkil etmişdir. Həmin sahələrdən 7497 ton kartof, 9495 ton tərəvəz, 1872 ton bostan məhsulu, 3144 ton qarğıdalı, 114 ton günəbaxan, 14115  ton meyvə, 1414 ton üzüm istehsal olunmuşdur.
İl ərzində rayonda mövcud olan əkin sahələrində torpağın münbitliyini öyrənmək məqsədilə 10852 ədəd torpaq və 6411 ədəd məhsul nümunələri götürülərək  aqrokimya laboratoriyasında analizi edilmiş və nəticələri barədə  istehsalçılara məlumat verilmişdir. Laboratoriyanın mütəxəsisləri sahələrə baxış keçirərək əkin yerlərinə mineral gübrələrin və pestisidlərin norma daxilində verilməsinə lazımi köməklik göstərilmiş, mineral gübrələrin səpilməsində yaxından iştirak etmişlər.
Keçən dövr ərzində ziyanvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri görülmüşdür. İl ərzində alaq otlarına qarşı  4828 hektar sahə dərmanlanmış, 890 hektar sahədə isə gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. 2014-cü ilin payız mövsümündə də ziyanvericilərə qarşı mübarizə tədbirləri davam etdirilmişdir.
2014-cü ildə DT və XK-nin Qəbələ Rayon Şöbəsi tərəfindən Kürd, Bayramkoxalı  və  Kötüklü kəndlərində inzibati ərazilərinin elektron xəritələri hazırlanmış, Dizaxlı, Bılıx və Əmirvan kənd inzibati ərazilərinin isə xəritələrinin çəkilməsi üçün hazırlıq işləri aparılmışdır. Qəbələ Rayon Torpaq Kadastrı Mərkəzi müraciət edən vətəndaşlara torpaqların plan və ölçüsü barədə bütün sənədləri vaxtında tərtib edərək vermişdir.
Dövlət  Meşə Fondu torpaqlarında 2014-cü il ərzində  60 ha süni meşə salınmışdır. Eləcə də 1433 hektar ərazidə meşə əkinlərinə xidmət olunmuş, 2  hektar sahəyə  4578 kq ağac və kol cinslərinin toxumları səpilmiş, 0,5 hektar sahədə 25000 ədəd çilik kökləndirmə üçün basdırılmışdır. Payız mövsümündə magistral yol kənarlarında 3500 ədəd ağac əkilmişdir.
Hazırda rayonda kənd təsərrüfatı işlərinin həyata keçirilməsi məqsədi ilə 2 böyük və 2 kiçik həcmli aqroservis müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə kəndlərimizdə 410 fiziki şəxsdə 80 ədəd taxılyığan kombayn, 53 ədəd tırtıllı və 448 ədəd təkərli traktor, 29 ədəd buldozer, 38 ədəd ekskvator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir. “Aqrolizinq” müəssisəsinin şəraitinin yaxşılaşdırılması məqsədilə bu il qurum üçün inzibati və anbar binalarının tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
Kənd təsərrüfatının digər sahələrində olduğu kimi heyvandarlıq  sahəsində də  əhəmiyyətli nəticələr əldə edilmişdir. 2015-ci ilin əvvəlinə verilən məlumata görə iri buynuzlu mal-qara  48303 baş,  xırda buynuzlu mal-qara  218617  baş, donuzlar 1037 baş,  quşlar isə  350214 baş olmuşdur. Əvvəlki ilə müqayisədə heyvandarlıq məhsullarının istehsalı xeyli çoxalmış, ət istehsalı 265  ton artaraq 6885 tona,  süd istehsalı  2255 ton artaraq  37385 tona, yumurta istehsalı 37000  ədəd artaraq  10387 min ədədə, yun istehsalı isə 6 ton artaraq 487 tona çatdırılmışdır.
Rayonda mal-qaranın damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün  6 süni mayalama məntəqəsi fəaliyyət göstərir. İl ərzində 4377 baş inək və düyələrdə süni mayalama aparılmışdır ki, bu da  əvvəlki ilin eyni dövrü ilə müqyisədə 174 baş çoxdur. 
Hazırda Vəndam Aqrokompleksində 100 dən artıq satış üçün nəzərdə tutulmuş yüksək məhsuldar boğaz düyə vardır.
Heyvanların yoluxucu xəstəliklərə tutulmaması ilə əlaqədar vaxtaşırı lazımi müayinə və profilaktika işləri aparılır. Rayonda epizootik durum demək olar ki, sabitdir. 2014-cü il ərzində 12 baş iri buynuzlu və 4 baş xırda buynuzlu heyvanın bruselloza qarşı müayinə zamanı xəstə olduğu müəyyən edilərək təsərrüfatdan çıxarılmışdır. Respublikada iri buynuzlu mal-qara arasında yayılmış nodulyar dermatit virus xəstəliyi, dabaq, qarayara, leptesprioz, çiçək və sair kimi xəstəliklər rayonumuzun təsərrüfatlarında aşkar edilməmişdir.
2014-cü ildə balıqyetişdirmə zavodu tərəfindən 53300 ədəd balıq körpəsi yetişdirilərək Xəzər dənizinə və Kür çayına buraxılmışdır.
Keçən ilin dördüncü rübündə zavod 2015-ci il üçün 300 min ədəd kürü götürmüşdür. Götürülmüş kürülərin hazırda inkubasiya sexində yetişdirilməsi prosesi həyata keçirilir.
Hesabat dövründə respublikanın kənd təsərrüfatı məhsullarının satışı  yarmarkalarında 49,5 ton tumlu, 56,6  ton qərzəkli, 6,8 ton çəyirdəkli  meyvələr satılmışdır. Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 25 avqust 2008-ci il tarixli Sərəncamla təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na müvafiq qaydada rayonda taxılçılığın inkişafına xüsusi diqqət verilir. Məlum olduğu kimi taxılçılığın inkişafına təsir edən mühüm amillərdən biri yüksək məhsuldar toxum növlərinin yetişdirilməsidir. Yüksək məhsuldar toxum növlərinin əldə olunması üçün, rayonda  5 özəl toxumçuluq  təsərrüfatı  fəaliyyət göstərir. 2015-ci il üçün yüksək kondensiyalı toxum növlərinin yetişdirilməsi məqsədi ilə həmin təsərrüfatların əkin sahələrində  zəruri aqrotexniki tədbirlərin aparılması təmin edilmişdir.
Digər kənd təsərrüfatı sahələrinin inkişafına da diqqət yetirilir. Xüsusilə meyvəçiliyin, bağçılığın və üzümçülüyün genişləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Rayonda mövcud bağ sahələri 5603, üzüm plantasiyaları isə 508,5 hektardır. Hazırda yeni üzüm plantasiyalarının meyvə bağlarının salınması işi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2015-ci il “Kənd Təsərrüfatı ili”  elan edilmişdir.
Sərəncamın icrası ilə əlaqədar  rayonda kənd təsərrüfatının dinamik inkişafı üçün yeni emal müəssisələrinin, iri fermer təsərrüfatlarının yaradılması idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sisteminin tətbiqi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.
Hörmətli yığıncaq iştirakçıları!
Rayonda çıxan “Qəbələ” qəzetinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, ölkədə və rayonda sosial-iqtisadi sahədə əldə olunan nəticələrin işıqlandırılması, milli-mənəvi dəyərlərin təbliğ olunması və əhalinin informasiya təminatının zənginləşdirilməsi istiqamətində gördüyü işlər mühüm əhəmiyyət kəsb edir. Qəzet ayda 4 dəfə  çıxmaqla öz səhifələrində rayonumuz üçün aktual  olan mövzuları dərc edir. Maraqlı mövzuları çap edən bu dövrü mətbuat məcməsinə oxucu marağının sayı ildən-ilə artmış, 2015-ci ilin yanvar ayından 2300 nüsxə tirajla çıxmağa başlamışdır.
Eləcə də operativ informasiya bolluğu yaratmaq, onu kütləvi oxucu kontingentinə çatdırmaq məqsədi ilə rayon icra hakimiyyətinin internet saytı yaradılmışdır. Ahəngdar olaraq yenilənən sayt azərbaycan, ingilis və rus dillərində dünyanın bütün ölkələrinə yayımlanaraq beynəlxalq informasiya sektorunda Qəbələni təbliğ edir. Rayonun sosial, ictimai həyatında baş verən yeniliklər burada müntəzəm olaraq işıqlandırıldığına görə respublikanın mərkəzi mətbuat orqanları yeri gəldikcə burada toplanmış məlumatlara istinad edir, öz səhifələrində işıqlandırır.
Rayonun ictimai-siyasi həyatının mühüm sahəsi olan tolerantlıq, dini durum və dini ayinlərin icrası da nəzarətdə saxlanılır. Mövcud 46 məsciddən aktiv fəaliyyət göstərən 33-də 22 dövlət qeydiyyatından keçmiş dini icma yaradılmışdır. Nic qəsəbəsində fəaliyyət göstərən xristian provaslav kilsəsində isə dövlət qeydiyyatından keçmiş udi xristian dini icması təşkil olunmuşdur. İcmalar “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq dini ayinlərin icrasını tənzimləyir.
Rayonumuzda yaşayan etnik xalqlar  öz adət-ənənələrinin, milli mədəniyyətlərinin, dillərinin qorunması, inkişaf etdirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir, biri-digərinə bərabər hüquqlu vətəndaş kimi qarşılıqlı hörmət münasibəti bəsləyir. Həyata keçirilən abadlıq-quruculuq işləri milli azlıqların yaşadığı qəsəbə və kəndləri də əhatə edir, onların bu işlərdən bəhrələnməsini təmin edir.
2014-cü il ərzində rayonda hüquq mühafizə orqanları tərəfindən qanunçuluq, cinayətkarlığa qarşı mübarizə, insan azadlıqlarının və hüquqlarının qorunması, əhalinin hüquqi maarifləndirilməsi sahəsində də xeyli işlər görülmüşdür.
Rayon polis şöbəsi tərəfindən bütün subyektlər üzrə 92 cinayət hadisəsi qeydə alınmış, hadisələrin 94 faizinin açılması təmin edilmişdir. Eləcə də il ərzində şəxsiyyət əleyhinə 33 cinayət hadisəsi, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə 42 cinayət hadisəsi baş vermiş və hadisələrin hamısı açılmışdır. Lakin mülkiyyət əleyhinə qeydə alınmış 13 cinayət hadisəsindən 4 hadisə bağlı qalmışdır. Aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, 2014-cü ildə qeydə alınmış 92 cinayət hadisəsi 5 halda əvvəllər cinayət törətmiş şəxslər, 5 halda isə qadınlar tərəfindən törədilmişdir. 6 cinayət hadisəsi sərxoş vəziyyətdə, 1 cinayət hadisəsi odlu silahla, 1 cinayət hadisəsi yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmişdir. Məhkəmə orqanlarından gizlənən və axtarışda olan 25 nəfərdən 20 nəfəri saxlanılaraq istintaqa cəlb edilmişdir.
İl ərzində 16 yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə 5 nəfər həyatını itirmiş, 18 nəfər xəsarət almışdır.
Narkomanlığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində polis şöbəsinin əməkdaşları tərəfindən 5 fakt aşkar edilərək cinayət işinə başlanılmışdır.
Ümumtəhsil məktəblərində “Ağ ölümə yox deyək”, “Uşaqların ağır, zərərli əməkdən müdafiə edilməsi”, “Piyadaların küçə və yollarda davranma qaydaları” mövzularında mühazirələr oxunmuşdur.
2014-cü il ərzində 13322 nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin şəxslərin 4154 nəfəri 16 yaşınadək olan vətəndaşlardır.
Hörmətli toplantı iştirakçıları!
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı aparatına 2014-cü ildə ümumilikdə 864 ədəd vətəndaş müraciəti daxil olmuşdur. O, cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 331, Milli Məclisdən 9, Nazirlər Kabinetindən 10, respublikanın digər təşkilatlarından 79, vətəndaşlardan isə rayon icra hakimiyyəti başçısının ünvanına 435 ədəd müraciət daxil olmuşdur.
Daxil olmuş müraciətlərin 686-ı ərizə, 177-i şikayət,  1-i isə təklif xatakterli olmuşdur. Müraciətlərin hər biri qanunvericilik aktlarına uyğun olaraq araşdırılaraq onlara müvafiq cavab verilmişdir.
Həmin müraciətlərin 386-sı müsbət, 147-i qismən həll edilmiş, 224-nə müvafiq izahat verilmiş, 7-si əsassız sayılmış, 16-sı tabeli qurumlara, 38-i isə aidiyyəti orqanlara göndərilmişdir.
2014-cü ildə əsasən ərizələr fərdi yaşayış evlərinin tikintisinə dair icazələrin verilməsi, yolların təmiri, təbii qaz təchizatının yaxşılaşdırılması, maddi yardım və ünvanlı dövlət sosial yardımlarının verilməsi, tikinti materialları, torpaq və mənzillə təmin olunmaq barəsində olmuşdur.
Əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də rayon icra hakimiyyətində informasiya texnologiyalarından geniş istifadə olunmuş,  sənədlərin elektron dövriyyəsi sistemi yaradılmışdır. Rayon icra hakimiyyətinin elektron poçt ünvanına daxil olmuş məktublar dərhal araşdırılaraq müvafiq tədbirlər görülmüşdür. Bununla yanaşı elektron poçt ünvanında qaynar xətt əlaqə nömrəsi və operativ idarəetmə mərkəzi də fəaliyyət göstərir. İl ərzində elektron poçt ünvanına daxil olan məktublarda şikayət hallarına rast gəlinməmişdir.
2014-cü ildə vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Rayon icra hakimiyyəti başçısı aparatında müntəzəm olaraq həftənin beşinci günü başçı, digər iş günlərində isə müavin və şöbə müdirləri tərəfindən vətəndaşlar qəbul edilmişdir. Aparılmış qəbul zamanı rayon icra hakimiyyətinə 1697 nəfər vətəndaş müraciət etmişdir ki, bunlarında 826-sı RİH başçı tərəfindən qəbul olunmuşdur. Qəbulların nəticəsi olaraq vətəndaşların müraciəti ilə bağlı cavabdeh şəxslərdən rəsmi məlumatlar alınmışdır.
2014-cü ildə RİH-nin iş planına uyğun olaraq keçirilən 25 şura yığıncağında 30-dan artıq məsələ müzakirə edilmişdir.
Hesabat dövründə rayon icra hakimiyyəti başçısının 40 səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar görüş-qəbullarda 5314 nəfər iştirak etmiş, onlardan 338 nəfər çıxış edərək müxtəlif təkliflər irəli sürmüşlər.
İrəli sürülən təkliflərin və edilən müraciətlərin 308-i müsbət həll edilmiş, 14-ü ilə bağlı mövcud qanunvericilik izah edilmiş, 16 təkliflərin həlli isə respublikanın aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin müraciətlərlə bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalarının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikilməsi, subartezian quyularının qazılması və çaylarda sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.
Hörmətli yığıncaq iştirakçıları!
Nazirlər Kabinetinin iclasındakı yekun nitqində “2014-cü ildə müşahidə olunan proseslər göstərir ki, bu il dünya iqtisadiyyatı üçün çox ağır il olacaq”–deyən cənab İlham Əliyev neftin qiymətinin aşağı düşməsi ilə 2015-ci ili təbii sərvətlərlə zəngin olan ölkələr üçün bir sınaq dövrü kimi xarakterizə etmişdir.
“Lakin düşünülmüş  iqtisadi siyasət, şaxələndirmə prosesi, xalqla iqtidar arasında olan birlik bu ilin də xalqımız üçün uğurlu olacağına təminat verir”-deyərək ölkə başçısı 2015-ci ildə qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılacağına toxunmuşdur. Cənab Prezident sahibkarlara güzəştli şərtlərlə kreditlərin  verilməsinin davam etdiriləcəyini, hər bir dövlət qurumunda idarəetmə prinsiplərinin təkmilləşdiriləcəyini, israfçılıq hallarının qarşısının alınacağını, ölkə üçün zəruri olan, iqtisadi və sosial əhəmiyyəti ilə seçilən layihələrin icrasının davam etdiriləcəyini bildirmişdir.
Eləcə də cənab İlham Əliyev hər bir rayonda sənaye mərkəzlərinin yaradılması istiqamətində tapşırıqların  icrası, 2015-ci ildə böyük metallurgiya kompleksinin tikintisi, dövlət investisiyalarının dayanıqlı inkişafa yönəldilməsi, ekoloji məsələlərin həlli, nəqliyyat layihələrinin həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı fikirlərini bildirmişdir. Bakı–Tbilisi–Qars  dəmir yolunun tikintisinin artıq başa çatdırıldığını, hava nəqliyyatı və gəmiçilik  sahəsində uğurlu layihələr icra olunduğunu  deyən cənab Prezident ötən il “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasını tarixi hadisə adlandırmışdır.
Dövlət başçısı bir neçə aydan sonra Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını, Təşkilat Komitəsinin fəal işlədiyini bildirmişdir. “Avropa Oyunlarının standartları Bakıda müəyyən olunacaq”–deyən cənab İlham Əliyev qeyd etmişdir ki, bu sadəcə idman tədbiri deyil, idmançıların və qonaqların ölkəmizlə, burada gedən inkişaf prosesləri ilə tanış olmaları baxımından böyük əhəmiyyətə malikdir.
Hörmətli yığıncaq iştirakçıları!
2014-cü ildə rayonumuzda görülən işlər və bu işlərin yerinə yetirilməsi istiqamətində rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların fəaliyyəti barədə Sizə qısa məluamt verdim.
2015-ci ildə qarşımızda daha mühüm vəzifələr durur.
Məruzənin sonunda əminliklə bildirmək istəyirəm ki, Qəbələ Rayon İcra Hakimiyyəti 2015-ci ildə də yeni uğurların əldə olunması, rayonumuzun daha sürətlə inkişaf etdirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevin göstəriş və tövsiyələrinin, eyni zamanda qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı lazım gələn bütün tədbirləri həyata keçirəcəkdir.
Hörmətli yığıncaq iştirakçıları!
İcazə verin Sizin hər birinizin bütün qəbələlilərin adından ölkə başçısı cənab İlham Əliyevi əmin edim ki, biz həmişə olduğu kimi vətənimizə, dövlətimizə, xalqımıza sədaqətlə xidmət edəcək, 2015-ci ili də uğurlu nailiyyətlərlə başa vuracağıq.
İclasda çıxış edən 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahismayıl Bayramov, Çuxur Qəbələ Bələdiyyə Şurasının sədri Arzu İsrafilova, “Aqro Kompleks Qəbələ” MMC-nin təsərrüfat rəhbəri Kamal Əfəndiyev, rayon gənclərinin  nümayəndəsi Səadət Səmədzadə çalışdıqları sahələr üzrə əldə olunan uğurlardan danışmışlar.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2014 cü ilin sosizl-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda ruran vəzifələrə dair iclasında ölkə başçısı tərəfindən təhlil edilən iqtisadi göstəricilərin və Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ən vacib məqamları barədə danışmışdır. Sonda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək əldə olunmuş uğurlardan söz açmışdır. 2014-cü ildə Qəbələdə görülən işlər və bu işlərin yerinə yetirilməsi ilə bağlı rayon icra hakimiyyətinin, idarə, təşkilat və müəssisələrin yorulmaz fəaliyyətini yüksək qiymətləndirildiyini qeyd edən millət vəkili 2015-ci ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün qəbələlilərə cansağlığı, firəvanlıq və əminamanlıq arzulanmışdır.
Hesabat iclasında qərar layihəsi oxunmuş, Qəbələ ictimaiyyəti nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Sonda rayonun sosial-iqtisadi inkişafında xidmətləri olan bir qrup vətəndaşlara qiymətli hədiyyələr və fəxri fərmanlar verilmişdir.
İclası rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev yekunlaşdırmışdır.

Keçidlər