Əhalinin tibbi müayinəsinə başlanılmışdır.
09 fevral 2015 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevral ayının 2-dən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
Bununla əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətində aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmışdır.
Komissiya tərəfindən tərtib edilmiş qrafikə əsasən Qəbələ Müalicə Diaqnostika Mərkəzində və rayon mərkəzi xəstəxanasında əhalinin artıq tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
Mayın 1-də başa çatdırılması nəzərdə tutulan tibbi müayinə ilə əlaqədar əhali arasında maarifləndirmə işləri genişləndirilmişdir.