Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə FHN tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı seminar-müşavirə keçirilmişdir.

12 fevral 2015 | 16:00

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə fevralın 12-də Qəbələdə zona seminar-müşavirəsi keçirilmişdir.
Ölkənin şimal- qərb bölgəsindən 10 şəhər və rayonun icra hakimiyyəti başçıları müavinlərinin, baş memar və hüquqşünasların iştirakı ilə keçirilən seminar-müşavirədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar yeni əlavə və dəyişikliklər, onların tətbiqi zamanı yerli icra hakimiyyətləri ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin qurulması kimi məsələlər müzakirə edilmişdir.
Seminar-müşavirədə çıxış edən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin baş dövlət tikinti müfəttişliyinin sektor müdiri Kərim Ağayev tikintiyə icazənin verilməsi üzrə icraat, tikinti layihələrinin ekspertizası, tikinti işlərinin dayandırılması və obyektlərin sökülməsi, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan
digər bölmələr üzrə əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat vermişdir.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri və hüquq şöbəsinin əməkdaşları tərəfindən iştirakçılara yeni məcəllə ilə bağlı ortaya çıxan sənədləşmə prosedurları izah edilmişdir. Qeyd olunmuşdur  ki, bundan sonra tikintiyə icazənin verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz sayılacaq və onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq. Eyni zamanda bildirilmişdir  ki, tikintilər aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yollarına, neft obyektlərinə və yanacaqdoldurma məntəqələrinə uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. Əks təqdirdə, bu tikintilər qanunsuz hesab ediləcək və onlarla bağlı icazə sənədləri qüvvədən düşmüş sayılacaqdır. Görüşdə iştirak edən yerli icra orqanlarının nümayəndələri yeni Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn məsələlərlə bağlı suallar səsləndirmişlər. Müfəttişliyin əməkdaşları tərəfindən onlara yeni sənədləşmə qaydaları ilə bağlı digər məsələlər də izah olunmuşdur. Seminar-müşavirənin sonunda iştirakçılara hüquqi-normativ sənədlər, Məcəllənin tətbiqi ilə bağlı metodiki vəsaitlər paylanılmışdır.

Keçidlər