Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin əməkdaşları xidmətin yaranmasının ildönümünü qeyd etmişlər.

13 fevral 2015 | 16:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin əməkdaşları xidmətin yaranmasının üçüncü ildönümü münasibəti ilə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış  abidəsi önünə gül dəstələri qoymuşlar.
Tədbir daha sonra xidmətin inzibati binasında davam etdirilmişdir. Xidmətin rəisi  polkovnik  leytenant  Niyaz Məmmədov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzaladığı 13 fevral 2012-ci il tarixli Fərmana əsasən şəhər və rayonlarda  hərbi komissarlıqların ləğv edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış  üzrə Dövlət Xidmətinin yaradılmasının ordu quruculuğunda islahatların uğurla davam etdirilməsinə bariz nümunə olduğunu diqqətə çatdırmış və bu sahədə çalışan hər bir zabitdən öz işinə ciddi məsuliyyət tələb edildiyini vurğulamışdır. Niyaz Məmmədov xidmətə olan dövlət qayğısından ətraflı bəhs etmiş və xidmətin əməkdaşlarına işlərində uğurlar arzulamışdır.

Keçidlər