Bələdiyyə şuralarının üzvləri ilə görüş keçirilmişdir.
10 saylı Ərazi Vergilər İdarəsində “Vergi dostları” və rayonun bələdiyyə şuralarının üzvləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə idarə rəisinin müavini Elbrus Abdullayev açmışdır. Sonra “Vergi dostları” şəbəkəsinin ilkin fəaliyyətinin nəticələri barədə rayon təhsil şöbəsinin metodisti Camal Qurbanov məruzə etmişdir. Azərbaycan Respublikasının vergi məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, eləcə də “Yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması”, “Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu” ilə bağlı metodiki göstərişlərin tətbiqi barədə 10 saylı Ərazi Vergilər İdarəsinin şöbə rəisi İntiqam Hidayətzadə məlumat vermişdir.
Mövzu ətrafında tədbir iştirakçıları ilə geniş diskussiya aparılmışdır.