Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 95 illiyinə həsr olunmuş rəsm sərgisi keçirilmişdir.

18 fevral 2015 | 16:00

Mart ayının 10-da Azərbaycan Qızıl Aypara  Cəmiyyətinin  yaranmasının 95 ili tamam olur. Bu münasibətlə cəmiyyətin Qəbələ Rayon Qızıl Aypara Bölməsində tədbirlər planı hazırlanmış və silsilə tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Belə tədbirlərdən biri də məktəblilər arasında keçirilən “Gözəllik diyarı Qəbələ” mövzusunda rəsm müsabiqəsidir. Bu mövzunun seçilməsində məqsəd gündən- günə gözəlləşən, abadlaşan Qəbələni məktəblilərin gözü ilə təsvir  etmək, onların yaradıcılıq potensialını üzə  çıxarmaqdır.
Qəbələ Dövlət Rəsm Qalereyasında təşkil olunan  sərgidə 12 ümümtəhsil və Qəbələ  İncəsənət Məktəbinin 23 şagirdinin 42 əl işləri nümayiş etdirilmişdir. Qalıblər rayon qızıl aypara bölməsinin hədiyyələri, pul mükafatları və  Fəxri Fərmanları ılə təltif  edilmişlər.

Keçidlər