“Xocalı faciəsi-əsrin faciəsi”
26 fevral Xocalı soyqrımının 23-cu il dönümü ilə əlagədar olaraq, Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi-əsrin faciəsi” adlı silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. Mərkəzdə iştirakçılara mövzu ilə əlaqədar mühazirələr oxunur, fotostendlər nümayiş etdirilir. Eləcə də mərkəzin işçiləri bu mövzuda tədbirlərin hazırlanması istiqamətində ümumtəhsil məktəbləri ilə əməkdaşlıq edir, şagirdlərə Xocalı qətliamına həsr olunmuş broşürlər paylayırlar.
19-20 fevral tarixlərində Heydər Əliyev Mərkəzinin nümayəndələri şəhər 3 və 4 saylı tam orta məktəblərdə olmuş, şagirdlər qarşısında çıxış edərək, bu soyqırımın bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət hadisəsi kimi səciyyələndirildiyini diqqətə çatdırmışlar.